Kriptovalyuta almaq üçün ən asan üsul | Banco.az

Kriptovalyuta almaq üçün ən asan üsul

Kriptovalyuta bazarında son zamanlar qiymətlərin artması adi vətəndaşların və həvəskar investorların rəqəmsal aktivlərərə olan marağının artması ilə bərabər, kriptovalyutaları almağı daha çox motivasiya edib. Hazırda onları maraqlandıran əsas suallardan biri kriptovalyutaları almağın və nağdlaşdırmağın ən rahat və ən sürətli üsulu hansıdır. Bu faktoru nəzərə alaraq, bu yazıda kriptovalyutaları almaq üçün hazırda mövcud olan ən asan üsul barədə məlumat verəcəm.

Bitcoin və digər kriptovalyutaları almaq üçün hazırda bir neçə üsul var: kriptovalyuta birjaları, mübadilə servisləri, P2P və OTC platformalar. Bunlar arasında ən sadə və rahat üsul mübadilə servisləridir. Mübadilə servisləri bir qayda olaraq bazar kapitalizasiyasına görə “Top 20”-də olan ən populyar kriptovalyuta və tokenlərin mübadiləsini təklif edirlər. Mübadilə servislərində əməliyyat aparmaq üçün qeydiyyatdan keçmək və ya hər hansı sənəd yükləmək tələb olunmur ki, bu da mübadilə prosesi zamanı istifadəçilərin işini daha da asanlaşdırır. Hazırda 400-dən çox mübadilə servisləri var və onlar bir-birindən mübadilə olunan kriptovalyutaların sayı, komissiya haqqı, MasterCard/Visa kartları ilə mədaxil-məxaric imkanı, istifadə edilən elektron cüzdanların müxtəlifliyi ilə fərqlənirlər.

Ən populyar mübadilə servisləri – beta transfer, coco-pay, 365cash, coinchanger, netex24, BtcLider, prostocash, 24paybank, changecoins, kurs.expert, baksman, xchange.cash, 24paybank.netProstoCash, 24xbtc və s. Bəzi mübadilə servislərindən kriptovalyuta alışı zamanı birbaşa olaraq MasterCard/Visa kartları ilə valyuta mədaxilini qəbul etməyə bilər. Bu zaman siz Advanced Cash, Perfect Money, Payeer, PayPal, Qiwi, Skrill, WebMoney, OKPay, Яндекс.Деньги, Capitalist kimi elektron cüzdanlarda qabaqcdan qeydiyyatdan keçməklə mübadilə əməliyyatlarını elektron pullardan istifadə edərək apara bilərsiz. Elektron cüzdanlarına valyuta mədaxil etmək üçün iki üsul var: bank köçürməsi və MasterCard/Visa kartları ilə. Azərbaycanda mövcud qanunvericiliyə əsasən fiziki şəxslər hüquqi şəxslərə (birjalar, elektron cüzdanlar) birbaşa bank köçürməsi edə bilməz. Odur ki, balans artırılması yalnız beynəlxalq kartlar vasitəsilə mümkündür. Lakin bu zaman nəzərə almalısınız ki, elektron cüzdanlardakı balansı artıqrmaq üçün sizdən 18% vergi, əlavə olaraq servisin daxilində də mübadilə əməliyyatları üzrə komissiya xərcləriniz çıxacaq. Əgər özünüz müstəqil olaraq mübadilə servisi ilə hər hansı mübadilə əməliyyatı aparmaq istəyirsinizsə tövsiyyə edirəm ki, ilk öncə bunu kiçik məbləğ ilə edin və dəqiq xərclərinizi hesablayın.

Qeyd: 01.01.2017 tarixdən etibarən kriptovalyuta birjaları, mübadilə servisləri və beynəlxalq elektron cüzdanların hesabına yerli bankların verdiyi MasterCard/Visa kartları ilə valyuta mədaxil etdikdə 18% vergi tutulur. Ən sərfəli mübadilə servisini necə seçmək olar?

Real vaxt rejimində ən sərfəli alqı-satqı şərtlərini təklif edən mübadilə servisini müəyyən etmək üçün siz bestchange.ru portalından istifadə edə bilərsiniz. Bestchange-də axtarış verdiyiniz zaman sol tərəfdə mübadilə cütlükləri, sağ tərəfdə isə mübadilə servislərinin siyahısı olacaq. Misal üçün, siz MasterCard/VİSA ilə ABŞ dolları müqabilində bitcoin almaq istəyirsiz. Müvafiq USD/BTC cütlüyünü seçdikdən sonra axtarış zamanı həmin vaxt üçün ən sərfəli şərtlər olan mübadilə servislərinin siyahısı cıxacaq.

Ən sərfəli kredit üçün müraciət et

Mübadilə servisini seçərkən 3 əsas kriteriyaya diqqət yetirmək lazımdır:

  1. Servisin reputasiyası – Kriptovalyuta sektorunda müşahidə olunan və getdikcə artan fırldaqçılıq hallarını nəzərə alsaq mübadilə servisnin reputasiyası çox önəmli faktordu. Əməliyyat aparmazdan əvvəl həmin servisin etibarlılıq səviyyəsini yoxlamaq və sosial şəbəkələrdə onun haqqında yazılan rəyləri nəzərədn keçirmək lazımdır.
  2. Servisin mübadilə komissiyası – Birjalardan fərqli olaraq mübadilə servislərində daxili komissiyalar 3-10% aralığında dəyişir. Bu zaman nəzərə alın ki, mübadilə servisinə valyuta mədaxil edən zaman sizdən 18% vergi çıxılacaq.
  3. Mübadilə əməliyyatlarının sürəti – Mübadilə servislərinin birjalardan əsas üstünlüyü mübadilə əməliyyatlarının daha sürətli baş verməsidir. Bu səbəbdən servisin iş cədvəli və əməliyyat üçün lazım olan vaxta diqqət yetirmək lazımdır.

Mübadilə servislərinin müsbət və mənfi cəhətləri:

Müsbət cəhəti: mübadilə servisləri sadə interfeysə malik olur və mübadilə mexanizmi asandır, əməliyyatlar daha sürətli aparılır, mütləq qeydiyyat və verifikasiya tələb edilmir, MasterCard/VİSA kartlarla ödəmə-nağdlaşdırma imkanları var.

Mənfi cəhəti: yüksək komissiyalar, mübadilə edilən rəqəmsal aktivlərin sayının məhdud olması – yalnız ən populyar və likvid kriptovalyutalar seçilir.

Mübadilə servisləri kriptovalyuta almaq üçün ən rahat üsul olsa da, yüksək komissiyalar səbəbindən sərfəli deyil. Lakin kiçik büdcə ilə yatırım etmək istəyən həvəskar investorlar üçün maraqlı ola bilər. Bundan əlavə, mübadilə servisləri kriptovalyuta birjlarından rəqəmsal aktivlərinizi nağdlaşdırmaq üçün ən sürətli üsuldur. Unutmayın ki, kriptovalyutalar yüksək gəlirli investisiya aləti olmaqla yanaşı kifyaət qədər riskli aktivlərdir. Odur ki, çalışın kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin. Uğurlar!

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram