“Aqrarkredit” QSC Şamaxı filialı "Kredit mütəxəssisi" vakansiyası elan edir.
Tələblər:
- Ali təhsil
- Bank sahəsində minimum 1 il iş təcrübəsi
- Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı
- Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı
- Ofis proqramlarını mükəmməl bilməli
İş barədə məlumat:
- Kredit portfelini formalaşdırmaq və idarə etmək
- Potensial kredit müştərilərini cəlb etmək
- Müraciət etmiş müştəriyə kredit məhsulları barədə məlumat vermək
- Müştərilərin ödəmə qabiliyyətini təhlil etmək
- Kredit verilməsi prosesində müvafiq sənədləşməni aparmaq
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Kredit mütəxəssisi) göstərməyiniz xahiş olunur.