Kreativin dünəni olub, bəs sabahı varmı?! | Banco.az

Kreativin dünəni olub, bəs sabahı varmı?!

Nə qərər sadəlövh və təkəbbürlüyük...

Baxın, əvvəl çiçək torpaqdan baş qaldırır, sonra qol-budaq atır, sonra çiçəkləyir, sonra da ətir saçır.

Bəsit, milyonlarla formaca təkrar olunan, bizdən heç nə istəməyən təbiət həyatının təcəssümü...

Hər nə varsa, öz sirləri və özəlliyi ilə bütöv təbiətlə harmoniyada baş verir, bu ahəngdən bizə pay kimi gözəl əhvali-ruhiyyə yaradan anlar düşür.

Özündən məmnunlardan bel götürüb, kotan qoşub min dəfələrlə torpağı belədən belə, belədən də belə şumlayıb o çiçəyin heyranedici ətrini tapa bilməsini istərdim...

Biz bir ətri təbiətdə olduğu qədər təbii yolla yarada bilməyəcək qədər kiçik, amma bir planeti məhv edəcək qədər iddialıyıq...

Niderland riyaziyyat və informatika Mərkəzinin əməkdaşı Peter Qrünvaldın qiymətləndirmələrinə görə, son 162 min il ərzində planetimizdə 107 milyard insan doğulmuşdur. Onların hamısı öz izini qoymuşdur. Kimi mütərəqqi və yardıcı əməlləri ilə tarixə silinməz möhürünü vurmuşdur. Kimi dağıdıcı işləri ilə herostratlığa imza atmış və tarixə düşmüşdür. Kimlərsə heç bir iz qoymamaqladah a populyar və mənasız iz buraxmışlar. Bu kateqoriyadan hansına mənsub olmaq hər kəsin öz seçimidir.

Amma mənə elə gəlir ki, yaradıcı da, dağıdıcı da, həyatını tam itaət əsasında sürənlərd ə mütləq kreativ olmalıdır. Çünki bir fərdilik, yeni baxış, innovativlik, orijinallıq bu həyatı fərqli bucaqlardan işıqlandırır və qaranlıqlaşdırır.

Günəşin qabağını kəsən buludlaq sərinlik, bərəkət yağışı gətirir. Digər tərəfdən, bunun nəticəsi sel də ola bilər ki, inanılmaz fəlakətlər gətirər, insanları müsibətlərlə üz-üzə qoya bilər.

Kreativlik nədir?

Оnu nə ilə yeyirlər?

Onsuz da yaşamaq olarmı?

Bu gün kreativlik bizə nə verir?

Sabah da kreativlik olacaqmı?

Olmasa nə olar ki?

Onsuz keçinmək mümkündürmü?

Ekspertlərin fikrincə, təfəkkür prosesi müəyyən qədər avtonomdur. Yəni, heç də həmişə beyin bizim əqli nəticəmizlə hərəkət etmir. Əslində o, heç vaxt bizim dediklərimizi etmir. Beyin bizim qərarlarımızı 10-30 saniyə önləyə bilir.

Başqa sözlə, bizim verəcəyimiz qərar əslində bizim qərarımızdan qabaq beynimizin qərarı kimi artıq mövcuddur. Kim ki, praktikanı və təcrübəni ön plana çəkib düşünürsə və qərar qəbul edirsə, ona yüz dəfə yaradıcı adam rütbəsini versən də, faydası yoxdur.

Çünki, yaradıcılıq elə bir prosesdir ki, onun gedişində hər şeyin gördüyümüz kimi olmadığını görməyə və olduğu kimi olduğunu görə bilməyimizə ehtiyacı var. Biz bunu öz sahəmizə tətbiq edəsi olsaq, insanlara mal və xidmətlərin elə keyfiyyət göstəricilərini,özəlliklərini, unikallığınıdaha cəlbedici vasitələrlə təqdim etməyimiz tələb olunur ki, istehlakçılar mal və məhsulları öz həyat tərzlərinin ayrılmaz hissəsi kimi qəbul etsinlər. Onların mal və məhsuldan gözləntiləri birbaşa rasional və funksionallıqdan daha çox emosiaonal və obraz simvolu kimi önə çıxsın.

Əslində bu barədə düşünməyə dəyər. Gələcəkdə də reklam kreativ olacaqmı?

Marketinq strategiyalarında və kommunikasiyalarında kreativin tutduğu yer nə ilə xarakterizə olunur və olunacaq?

Bəlkə elə bizdə son zamanlarda olduğu kimi kreativlik bir marka sahibinin düşüncə inhisarı ilə hüdudlanacaq?

Əslində ən böyük marka sahibləri həqiqətən də əqli əmək qəhrəmanlarıdırmı?

Bəs onda nədən yaxşı ideya bir anda ovucda bükülür, A4 kağızına sığan bir fikir, bəzən bir qərarverənin başına sığmır və çöp səbətində özünə rahatlıq tapır?

Beyindən gün ərizində 100 000-nə yaxın fikir gəlib keçir.

Ən sərfəli kredit üçün müraciət et

Bəs onda niyə bu fikirlərin hamısı yaradıcılıq işinin məhsulu təklif olunan tərəfi həyəcanlandırmır, qarşı tərəfdən qığılcım almır, alışmaq üçün gücə sahib olmur?

Bəs nədən bir beyində yaradıcı gücə sahib olan yaradıcı düşüncə məhsulu başqasına təklif olunanda, onun xeyrinə düşünülmüş olsa belə, həvəs və anlaşıqlı qarşılanmır.

Kreativ sözü müasir dövrdə çox pouplyardır, amma populyar olduğu qədər də qəbul olunması baxımdan qeyri-populyardır. Gülə-gülə qarşılanır, gülə-gülə də rədd olunur...

Bəlkə bu yenilik qorxusundan qaynaqlanır?

Bəlkə insanlar kütlə baxımından yenilikçi deyillər?

Bəlkə yaradıcılıq məhsulunun özü yaradıcı deyil, biz sadəcə onu yaradıcı ideya kimi düşünüb təqdim etməkdən xüsusi zövq alırıq?

Bəlkə bu özünü aldatmaqdır?

Bəlkə buna heç ehtiyac yoxdur?

Dəbdə olan bu sözün-kreativin tərifini verənlər deyirlər ki, o, kommunikativ prosesin yaradıcı tərkib hissəsidir. Öz növbəsində, kommunikativ proses isə kommunikasiya iştirakçılarının fasiləsiz qarşılıqlı fəaliyyətidir.

Mən tərif vermək fikrində deyiləm. Yaxşı kreativ həllərlə - video, audio və ya vizula məhsul-qarşılaşan hər kəs, anında reaksiya verir, mən də bax beləsini istəyirəm, deyir. İstəmək azdır. Beləsini istəmək isə ən azı səfehlikdir. Çünki hər konkret halın öz kreativ vəzifələri var və kreativ həlli araşdırılır. Önündəki vazada alma qalaqlanıbsa, mənə bundan şaftalı şirəsi çəkin demək, səfehliyin kvadratıdır.

Bəzən əksinə olur. Kreativ agentliyə texniki tapşırıqla həlli, mənə şaftalıdan təzə şirə şəkib gətirin, deyilir. Amma , təəssüflər olsun ki, sizə turşumuz alma şirəsi gətirirlər.Təbii ki, kopirayterlə artdirektorun özbaşına gəldiyi qərarlar - bəzi müstəsna hallar da olur - uğursuz olacaqdır. Çünki, kreativ qrup texniki tapşırıq almadan işə başlayırsa, özfəaliyyət qaçılmazdır, Əgər texniki işə peşəkar yanaşılmırsa:

-100 haldan 80-də, tekniki tapşırıq olmur,

-mənim bundan xoşum gəlir fəlsəfəsinə araxalanır,

-qalan 15 faiz brif isə şablon, naftalinli və heç nə barədə çox danışır,

-yerdə qalan 5 faiz peşəkarlıqla tərtib olunur.

Bundan sonra bizdə kreativ yoxdur, bizim Kann və ya Kleo mükafatları almağımız fanataziyadır deməyə haqqınız var kimi görünür. Mən əslində reklamda kreativ işlərin uğurunu heç vaxt festival mükafatları ilə ölçmürəm və buna şounun bir növü kimi baxıram..

Əvvəlan, özünə hörmət edən heç bir peşəkar işin dəyərini festivallarla və orada qazanılan mükafatlarla dərərləndirə bilməz.

Kreativ baxımdan yaxşı iş heç də mükafat alan və yaxud fanfarların sədası altında, projektorların işığında çimən, fotosessiyarda poza verənlərin uğur tamaşasında deyil. Mən həmin anda reklam olunan məhsulun mal anbarında hesabatlar üzərində baş sındıran satış müdirini səhnəyə dəvət edərdim. Onun verdiyi qiymət dəyərli və obyektiv olardı.

Onda bəlli olardı ki, reklam işləri festivallar üçün deyildir.

Yazının bu hissəsin qədərə mən yaradıclıq və kreativ arasında fərq qoymurdum.Onları sinonim qədər yaxın anlamda işlədirdim. Amma bu terminlər arasında fərq böyükdür və zaman baxımından da onların ömrü ciddi fərqlənir.

Zaman demişkən, qeyd edək ki, yaradıcılıq işi vaxt və səbir tələb edən prosesdir. Proses isə yetkinlik və bütövlük tələb edir. Göründüyü kimi, hər iki termin kifayət qədər tutumlu və ciddi yanaşma tələb edir.

Vəcdə gəldiyimiz böyük yaradıcılıq işləri ayllarla davam edən işin nəticəsidir. Amma biz nəticəni bir günə, bir həftəyə, uzağı bir aya istəyirik.Büdcəni kəsmək marketinq xidmətinin şirkət qarşısında qəhrəmanlığı kimi dəyərləndirilir.

Yeri gəlmişkən, təcrübə göstərir ki, kreativ prosesdə “Siam əkizləri” ciddi rol oynayırlar. Bu mənada ideyann ilhamçısı kopirayter və və onun tekniki icrasının həyata keçirən qrafik dizaynerin simbiozu çox məhsuldar ola bilir, onları hər vasitə ilə ruhlandırmaq çox vacibdir. Basmaqəlib fikirlərdən və tapdanmış çığırlardan kənara çıxmaq o qədər də asan deyil.

Bəs yaxşı kreativ nədən başlayır?!...

Facemark.az