Koronavirus peyvəndi İngiltərədən razılıq aldı | Banco.az

Koronavirus peyvəndi İngiltərədən razılıq aldı

Tamara Mustafayeva, Banco.az

Pfizer ve BioNTech şirkətlərinin istehsal etdiyi koronavirus peyvəndi İngiltərədən razılıq alıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, İngiltərə Covid-19 peyvəndinə razılıq verən ilk qərb ölkəsi olub. 

Fövqəladə hal səbəbilə razılıq verilməsi ilə peyvəndin geniş miqyaslı tədarükü üçün şərait yaranmış və bununla da koronavirusla mübarizədə yeni mərhələyə qədəm qoyulmuşdur. 

İngiltərə hökumətindən edilən açıqlamaya görə, peyvənd gələn həftə ölkə ərazisində istifadəyə veriləcək.

Xatırladaq ki, Amerikanın Pfizer şirkəti ilə Almaniyanın BioNTech şirkətinin müştərək hazırladığı peyvəndin 95% təsir göstərdiyi bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram