Kişi və qadın rəhbərləri xarakterizə etmək üçün istifadə etdiyimiz sözlərdəki fərqliliklər | Banco.az

Kişi və qadın rəhbərləri xarakterizə etmək üçün istifadə etdiyimiz sözlərdəki fərqliliklər

Biz işçilərlə bağlı qərar verərkən özümüzün qərəzsiz və obyektiv olduğumuzu düşünməyi xoşlayırıq, lakin söhbət iki eyni namizəddən gedirsə, bu halda hansına üstünlük veriləcək? Fəaliyyət qiymətləndirməsinə əsasən “analitik” olaraq xarakterizə edilən şəxsimi, yoxsa xoşrəftar olan şəxsimi? Digər tərəfdən əgər siz müəssisənin kiçildilməsi halında hər hansı bir işçini işdən çıxarmalı olsanız və nəzərdə tutulan iki namizədin risk halı eynidirsə, hansı işçini seçəcəksiniz? Xaraktercə təkəbbürlü olanı ya həmin iş üçün uyğun olmayanı?

Unikal və maraqlı məlumatlar toplusu bizə subyektiv fəaliyyət qiymətləndirməsində şəxsləri xarakterizə etmək üçün istifadə olunan müvafiq sözləri araşdırmağa imkan verdi və nəticədə bu prosesdə qadın və kişi namizədlər üçün istifadə olunan sözlərin fərqlilik təşkil etdiyi qənaətinə gəldik.

Menecerlər fəaliyyət qiymətləndirməsi zamanı kişi namizədləri xarakterizə etmək üçün qadın namizədlərə nisbətən daha müsbət sözlərdən istifadə edirlər.

Kişi namizədlər xarakterizə edilərkən istifadə edilən sözlər  

Müsbət

Mənfi

Analitik

 

Səriştəli

 

Güclü

 

Etibarlı

Təkəbbürlü

Əzmli

 

Hərtərəfli

 

Dəqiq

 

Tədbirli

 

 

Məsuliyətsiz

Məntiqli

 

Praktik

 

 

 

 

 

Ən sərfəli kredit üçün müraciət et

Qadın namizədlər xarakterizə edilərkən istifadə edilən sözlər  

Müsbət

Mənfi

Xoşrəftar

 
 

İşə uyğun olmayan

Həvəsli

Eqoist

Enerjili

Xəyalpərəst

 

Passiv

Təşkilatçı

Dağınıq

 

Fürsətdən istifadə edən

 

Tez özündən çıxan

 

Özündənrazı

 

Təlaşlı

 

Dəyişkən fikirli

 

Qərarsız

Beləliklə görürük ki, həm “analitik” , həm də “xoşrəftar” xarakteristikalar içərisindən müsbət olaraq dəyərləndirilir. Bununla belə bu iki xarakteristikadan biri təşkilati baxımdan daha çox əhəmiyyət kəsb edə bilərmi? “Analitik” termini tapşırıq-yönümlü demək olub, işin məqsəd və vəzifələrini dərk edən işçinin mühakimə yürütmə, şərh etmə və statejik qərar qəbul etmə bacarıqlarını xarakterizə edir. “Xoşrəftar” termini isə münasibət-yönümlü demək olub, müsbət iş mühitinin qurulması və peşə etikasının gözlənilməsini əsas götürən davranış formasıdır.

Tamara Mustafayeva, banco.az