KFC bu ölkədə qeyri-adi restoran açdı | Banco.az

KFC bu ölkədə qeyri-adi restoran açdı

Tamara Mustafayeva, Banco.az

Tez-tez getdiyimiz ənənəvi restoranlarla yanaşı bəzən fərqli konsepsiyalı restoran axtarışına çıxırıq. Adətən serial, film və ya müəyyən musiqi temalı restoranlara da demək olar ki, hər ölkədə rast gəlmək mümkündür. Ancaq KFC-nin Monqolustanda açdığı yeni restorana isə dünyanın heç bir yerində rast gəlməyiniz mümkün deyil.

Daxili Monqolustanın Ordos vilayətində, turizm destinasiyası hesab edilən bir ərazidə yerləşən səhra konsepsiyalı, tayı bərabəri olmayan dizayn ziyarətçiləri heyran edir. Qübbə formasında hazırlanan bu daşınar restoranın fotoşəkilləri sosial media istifadəçilər tərəfindən də tez-tez yayımlanır.

Qeyd edək ki, ötən ilin yanvar ayında fəaliyyətə başlayan bu KFC restoranı müştərilərə vafli, dondurma və içki kimi məhsullar təqdim edir. Ənənəvi KFC menyusunun hələ ki, təklif edilmədiyi restoran turistlərə olduqca maraqlı təcrübə vəd edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et