Kanada Çin elektrik avtomobillərinə tariflər tətbiq etməyə hazırlaşır | Banco.az

Kanada Çin elektrik avtomobillərinə tariflər tətbiq etməyə hazırlaşır

Müəllif:Ayşən İmanova/Banco.az

Kanada hökuməti ABŞ və Avropa İttifaqından sonra Çindən elektriklə işləyən avtomobillərin ixracına tariflər tətbiq etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, Kanadanın baş naziri Castin Trüdo hökuməti Qərb ölkələrinin təzyiqləri fonunda ABŞ və Avropa İttifaqından nümunə götürərək, Çinin elektromobillərinə tariflərin tətbiqi məsələsi ilə bağlı ictimaiyyətlə məsləhətləşmələrin başlandığını tezliklə elan edə bilər.

Qeyd edilib ki, 2023-cü ildə Vankuver limanına Çin istehsalı olan təxminən 44 min 400 avtomobil göndərilib. Bu da əvvəlki rəqəmlərdən 5 dəfə çoxdur. Rəsmi Ottava Çin elektromobillərinin Kanada bazarını dolduracağından narahatdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et