Müəllif - Aida İsaq, Banco.az
İnformasiya Texnologiyaları sahəsinə məxsus vakansiyaların müsahibələrində namizədlərə ünvanlanan sualların siyahısı açıqlanıb.
Banco.az xəbər verir ki, mobil tətbiqlər üçün məlumatların təsdiqlənməsi və öyrədilməsi üçün API yaradan süni intellekt şirkəti "Scale AI"nin CEO-su Aleksander Vang həmin suallar toplusunu “Twitter”də paylaşıb. A.Vang bu suallara cavab almaqla ən uyğun namizədləri tapmağın effektiv olduğunu qeyd edib.
“Hazırda üzərində çalışdığınız layihələrdə sizin üçün ən çətin görünən problem hansıdır?”
“Əgər hazırda çalışdığınız şirkətinizdə üç şeyi dəyişə bilsəydiniz, bunlar nə olardı?”
“Qazanmaq və işləmək zəruri olmasaydı, nə edərdiniz?”
“Müəllifi olduğunuz ən uğurlu layihə hansıdır?"
“Əvvəllər hər hansısa komanda ilə birgə işlədiyiniz, lakin uğursuz alınan layihə haqqında danışın”
"İstifadə etdiyiniz ən son rəqəmsal məhsul hansı olub?".
Bundan başqa şirkət rəhbəri əlavə edib ki, HR-lar namizədlərin hobbiləri, zövqləri ilə bağlı suallar ünvanlamağı, buna paralel olaraq müraciətçilər də bu formada olan sualları cavablamağı çox sevir.
Bizi sosial şəbəkələrdən izləyin!!