İsveçrə Maliyyə Bazarlarına Nəzarət Təşkilatı (FINMA) ölkənin ilk kripto aktivlərə investisiya edən fondunun yaradılmasını təsdiqləyib.
Fond yalnız ixtisaslaşmış investorlar üçün nəzərdə tutulub və xüsusi riskləri olan "alternativ investisiyalar üçün digər fondlar" kateqoriyasına daxil edilir. Kripto aktivlər blokçeyn və bölüşdürülmüş reyestr texnologiyasına əsaslanır.
FINMA qeyd edib ki, kriptovalyutaların xüsusi risklər ehtiva etdiyindən, fonda yalnız kifayət qədər böyük ticarət həcminə malik olan aktivlərə sərmayə qoyması icazə veriləcək.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!