Azərbaycanda artıq bir ildən çoxdur ki, faizsiz və girovsuz kredit təklif edən İslam bankçılığı fəaliyyət göstərir. İslam Bankçılığının ənənəvi bankçılıqdan əsas fərqi ondan ibarətdir ki, burada fəaliyyət növləri İslam qaydaları əsasında tənzimlənir. Ənənəvi bankçılıqdan həm də faizsiz və girovsuz kredit təqdim etmək xidmətinə görə fərqlənən İslam Bankçılığı hal-hazırda biznesin inkişafına, eləcə də kiçik və orta müəssisələrə kreditlər ayırmağa üstünlük verir. Bundan əlavə, İslam bankçılığında ipoteka krediti də əldə etmək mümkündür. İslam bankçılığının gələcək fəaliyyəti və yenilikləri barədə məlumatlı olmaq, habelə, digər üstün cəhətləri ilə tanış olmaq istəyirsinizsə, aşağıdakı süjeti izləməyiniz tövsiyyə olunur:
Sevinc İbadova/Banco.az