İslahat icmalının növbəti sayı Daşınmaz əmlakın icbari sığortasına həsr olunub | Banco.az

İslahat icmalının növbəti sayı Daşınmaz əmlakın icbari sığortasına həsr olunub

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən mütəmadi olaraq yayımlanan “İslahat İcmalı”nın 2020-ci il üçün ilk sayı işıq üzü görüb. Bu buraxılış Daşınmaz əmlakın icbari sığortasına həsr olunaraq Xüsusi buraxılış formatında hazırlanıb. İcmalda daşınmaz əmlakın sığortalanması sisteminin tarixi və dünya təcrübəsində tətbiqi, Azərbaycanda tətbiq olunan daşınmaz əmlakın icbari sığortasının şərtləri-sığorta haqları və tariflər, əhatə dairəsi, təminat verdiyi obyektlərin təsnifatı, sığorta hadisəsi hesab olunan və olunmayan halların müəyyənləşdirilməsi, sığorta hadisəsi baş verən zaman zəruri olan addımlar kimi önəmli məlumatlar oxuculara daha sadə və oxunaqlı şəkildə, infoqrafikalar vasitəsilə təqdim olunub. Bundan başqa, xüsusi buraxılışda sığorta sistemi ilə bağlı informasiya dəstəyinə dair keçid linkləri verilib, eyni zamanda, daşınmaz əmlakın icbari sığortasının tətbiqinin vətəndaşlar üçün əhəmiyyəti də izah olunub.

Ən sərfəli kredit üçün müraciət et

“İslahat icmalı” ilə iqtisadiislahat.org saytında İcmallar bölümündən tanış ola bilərsiniz:

http://iqtisadiislahat.org/store//media/2020/Yanvar/%C4%B0slahat%20icmali%20dashinmaz%20emlak/Emlak%20insurance.pdf