İşinizdə müvəffəqiyyətli olmaq üçün 8 xüsusiyyət | Banco.az

İşinizdə müvəffəqiyyətli olmaq üçün 8 xüsusiyyət

Müvəffəqiyyət çox səy tələb edir. İşinizdə uğur qazanmaq üçün bu xüsusiyyətlərə sahib olmalısınız:

  1. Erkən qalxmaq – Zehnimizin daha boş olduğu səhər saatlarına ehtiyacımız var. Erkən qalxaraq nə edəcəyinizə asanlıqla qərar verə bilərsiniz. Özünüzü səmərəli bir günə hazırlamaq üçün bu çox vacibdir. Yalnız karyera məqsədi üçün yox, şəxsi məqsədlər üçün də erkən qalxmağın bir çox faydası var.
  2. Hədəf qoymaq – Müvəffəqiyyət qazanmaq istəyən hər kəsin bir hədəfi olmalıdır. Təkcə uzunmüddətli deyil, həm də gündəlik işlər üçün də hədəf qoymaq lazımdır. Qısa müddətli hədəfləri əsl məqsədə çatmaq üçün mərhələ kimi görə bilərsiniz.
  3. Səliqəsizliyə son qoymaq – Dağınıqlıq diqqətinizi dağıda bilər. Sadəcə masanızın səliqəsizliyi kimi fiziki dağınıqlıq deyil, həm də dijital qarışıqlığa da son qoymalısınız. Kompüterinizdəki faylları, e-poçt qutunuzu da nizamlı saxlayın.
  4. Vaxtı planlaşdırmaq – Vaxtınızı necə istifadə etdiyiniz sizin haqqınızda çox şey deyir. Vaxtınızı ən səmərəli şəkildə dəyərləndirməyi öyrənməlisiniz.
  5. Sosial olmaq – Yeni insanlarla tanış olun, söhbət edin. Ətrafınızı genişləndirin.
  6. Pozitiv olmaq – İş yerində pozitiv olmaq uğur üçün çox vacibdir. İşlər yaxşı getmirsə, mənfi düşüncələrə qapılmayın, mümkün qədər optimist olun.
  7. Başqalarına hörmət etmək – Uzun müddətli müvəffəqiyyət üçün digər insanlara hörmət etməlisiniz. Əks təqdirdə siz də hörmət gözləməyin.
  8. Özünü inkişaf etdirmək – Hər gün öyrənməyə davam edirik. Özünüinkişafı dayandırmayın. Bunu karyeranıza kömək edəcək təlimlər olaraq fikirləşməyin, məşğul olmaq istədiyiniz hobbilərinizi də bura əlavə etmək olar. 

Pərvanə Aslanova, Banco.az 

Ən sərfəli kredit üçün müraciət et