Artıq bir çox insan kimi sizin də işiniz var. Amma gündəlik iş, ev qayğıları bir çox insana karyerasında uğurlar qazanmağa mane olur. İşdə uğurlu olmağın yolu təbii ki, xoşbəxt olmaqdan keçir. Ofisdə özünüz üçün daha yaxşı şərait yaratmaqla, özünüzü daha xoşbəxt hiss edə bilərsiniz. Bunun üçün isə bir neçə sadə addım kifayətdir.
1. İşdə şəxsi problemlərinizi unutmağa çalışın. Problemlərlə mübarizə aparmaq sizin işinizə diqqəti cəmləməyinizə və işdən zövq almağınıza mane ola bilər. Öncə unutmayın ki, problemsiz həyat yoxdur. Şəxsi problemlərinizi işə gələndə evdə qoyun.
2. Ofisinizi öz zövqünüzə görə dekorasiya edin. Təbii ki, şirkət rəhbərliyinin icazəsi çərcivəsində. Çünki siz günün 8 saatını iş yerində keçirirsiniz. Bir çox adamlarda bu müddət yataqda keçirdikləri vaxtdan belə çoxdur. Məhz elə bu səbəbdən, işlədiyiniz məkan təkcə iş şərtləri ilə deyil, həmçinin görüntü baxımından da ürəyinizcə olmalıdır.
3. Özünüz üçün dəstək sistemi qurun. Sizin həyatınıza bənzər keçmişi və hazırkı həyat tərzi olan insanlar günün yorğunluğunu azaltmağa kömək edəcək.
4. Sağlam həyat tərzi keçirin, bol-bol su için. Yaxşı yemək və su gün boyu sizin enerjili olmağınızı təmin edəcək.
5. Özünüz üçün iş sistemi hazırlayın. İş yükündən yorulduğunuzu və gün boyu işi necə tamamlayacağınızı düşünmək sizi narahat edəcək. Nəticədə, isə daha bir gün yorğun keçəcək.
6. Hərəkət edin. Bu həm sizin sağlamlığınız, həm də xoşbəxtliyiniz üçün vacibdir. Nə qədər çətin olsa da, gün ərzində bir neçə dəfə oturduğunuz yerdən qalxaraq hərəkət etməyə cəhd edin.
7. İş yoldaşlarınızı dəyişdirməyə çalışmayın. Bu mümkün deyil. Siz yalnız onların sizə qarşı reaksiyalarını dəyişə bilərsiniz.
8. Özünüzü mükafatlandırın. Bura kinoya, idmana, gözəllik salonuna getmək, dostlarınız ilə axşam yeməyinə çıxmaq daxil ola bilər. Stressdən uzaq durmaq həm evdə, həm də işdə sizə müsbət təsir edəcək.
9. Tez-tez özünüzü rahat buraxın. Qollarınızı yanınıza salın və dərin nəfəs alın.
10. Nikbin olun. Özünüzü işdə kiçik şeylərlə sevindirin. Əgər işinizlə bağlı beyninizdə nikbin məqamlar olarsa, bu, sizə karyerada uğurlar əldə etməyə imkan verəcək.
Mənbə: anspress.com