İşçilərini ən yaxşı şəkildə mükafatlandıran şirkətlər | Banco.az

İşçilərini ən yaxşı şəkildə mükafatlandıran şirkətlər

Araşdırmalar işçilərin iş seçimində bir sıra xüsusiyyətlərə üstünlük verdiyini göstərir. Bu göstəricilər içində iş saatları, iş yerinin yerləşdiyi ərazi və məzuniyyətlər xüsusi yer tutur. Bundan əlavə işçi iş yerindən razı olduqda onun produktivliyi də bir o qədər artıq. Bunu nəzərə alan bir çox dünya səviyyəli şirkətlər öz işçilərinə müxtəlif növ məzuniyyətlər təklif edir.

Qeyri-rəsmi bayramlar

Hanapin Marketing hər yarım rübün ikinci ayının ikinci həftəsinin cümə günü öz işçilərinə istirahət günü təşkil edir. Bloomington şirkəti də öz növbəsində “İkinciİkinci” adlı qeyri-rəsmi bayramlar təşkil edir.Bundan əlavə hər bir işçi il ərzində 4 gün istirahət günü götürə bilər. Həmçinin işçi heyəti milli bayramlarda və ad günlərində əlavə ödənişlə mükafatlanırlar.

Könüllülər günü

Seatle-a məxsus Outreach adlı şirkət hər il 2 günlük ödənişli könüllü günü təşkil edib. Bundan əlavə şirkət öz işçilərinə limitsiz ödənişli məzuniyyət təklif edir.

Ödənişli məzuniyyət

Atlantaya məxsus Kabbage adlı şirkət 5 il əməkdaşlıq edən işçisinə 6 həftəlik məzuniyyət və 6000 dollar həcmində mükafat verir.

Ən sərfəli kredit üçün müraciət et

Bayram təqaüdü

Əgər Kabbage adlı şirkətin təklifi sizi qane etmirsə, onda Santa Monika və Kaliforniyada yerləşən VideoAmp adlı şirkətlə maraqlanın. Belə ki, şirkət 5 il çalışan işçisinə bütün ailə üzvləri də daxil olmaqla 2000 dollar həcmində mükafat verir.

Bal ayı mükafatı

Əgər 2 il müddətinə Virçiniya ştatındakı Glassman Wealth Services şirkətində çalışmısınızsa və evlənmək haqda düşünürsünüzsə, onda şirkət bütün bal ayı xərclərinizi qarşılamaq haqda öhdəliyi öz üzərinə götürə bilər. Belə bir jestdən sonra yeqin ki, evlənənlərin sayı da artar.

Pulsuz yaşayış yeri təminatı 

Proqramlaşdırma sahəsində fəaliyyət göstərən Cloudbeds adlı şirkətin San Dieqo və San Pauloda mənzilləri var. İşçilər bu şəhərlərə səfər zamanı bu məkanlardan pulsuz istifadə hüququna malikdirlər.

İllik səfərlər

SC&H Group şirkətinə məxsus Sparks Glencoe öz işçilərini Karibdə yerləşən mühasibat şirkətinə illik səfərlərə göndərir.

Nəcibə Yusifova, banco.az