İşçilərin kiber İQ-su niyə artırılmalıdır? | Banco.az

İşçilərin kiber İQ-su niyə artırılmalıdır?

Kiber təhlükəsizlik pozuntularında haker hücumları ilə yanaşı şirkətin öz işçiləri də böyük bir rol oynayır. Kiber hücumların artdığı iş dünyasında məlumat sızıntısı hakerlər, iqtisadi üstünlük əldə etmək istəyən dövlətlər, intellektual mülkiyyət hüquqlarını oğurlamaq istəyən rəqiblər və ya işçilər də daxil olmaqla müxtəlif mənbələrdən yarana bilər.

Dünyada 500 milyondan çox istifadəçini qoruyan Bitdefender Antivirus şirkətinin məlumatlarına görə, işçilərin səhvlərindən yaranan kiber təhlükəsizlik pozuntularını azaltmaq məqsədilə işçilərə kiber təhlükəsizliyə dair təlimlər verilməli və onların kiber İQ-in artırılması lazımdır.

İQ və EQ-dan sonra Cyber İQ

Kiber təhlükəsizlik pozuntularının əsas səbəbini işçilərin kiber təhlükəsizliyində şəxsi məsuliyyətləri haqqında məlumatlandırmaması kimi görən Bitdefender Antivirus, şirkətlərin təhlükəsizlik təhdidlərini ələ almaq üçün atdıqları addımların kifayət qədər yetərli olmadığını və iş həyatındakı risklərin işçilərin kiber İQ-u ilə mütənasib olduğunu bildirir. 

Birləşmiş Ştatlarda 1000 İT mütəxəssisi ilə aparılan sorğularda məlumatların sızdırılmasında şirkət işçilərinin böyük rol oynadığı ortaya çıxıb. Şirkətə aid bilgilərin yanlışlıqla ifşa edildiyini göstərən araşdırmada İT mütəxəssislərinin 83%-i bu problemin işçilərin məsuliyyətsizliyi nəticəsində yarandığını fikirləşir. 

Ən sərfəli kredit üçün müraciət et

Öz növbəsində, işçilərin məlumatların təhlükəsizliyini pozmasına səbəb olan texnologiyalardan beşi; şəxsi elektron poçt xidmətləri (51%), korporativ elektron poçt (46%), fayl paylaşma xidmətləri (40%) və mesajlaşma proqramları (35%) olduğu görülmüşdür. Məlumat pozuntularına yol açan ən çox yayılmış elektron poçt qəzaları, səhv e-poçt ünvanına məlumat göndərmək, elektron poçt vasitəsilə həssas məlumatların ötürülməsi və fərdi e-poçt hesablarına məlumatların ötürülməsi daxildir.

Sorğu aparılan şirkətlərin 79% -i məlumatların gizliliyinə əhəmiyyət verməyərək, şifrələnməmiş məlumatları paylaşdığı ortaya çıxıb. Həmin şirkətlərin işçilər üçün hazırladığı təhlükəsizlik qaydalarında da müvəffəqiyyət əldə edə bilmədiyini göstərən sorğunun nəticələrinə görə şirkətlərin yalnız 59% -i informasiya təhlükəsizliyi qaydalarına riayət edə bilir.

Kiber hücumların azaldılması üçün işçilərə təlim verərək kiber İQ-nun yüksəldilməsinin vacibliyini vurğulayan Bitdefender Antivirus bu işdə İT mütəxəssisləri və marketinq departamentinin birlikdə hərəkət etməsini önə sürür. Şirkət asan və sadə yolla işçilərə kibertəhlükəsizlik barədə təlimlər verərək məhsuldarlığı artırmalıdırlar.

Pərvanə Aslanova, Banco.az