Diqqət dağınıqlığı, daimi yorğunluq, narahatlıq kimi əlamətləri olan işçilər zəif performans nümayiş etdirirlər. Bu səbəbdən iş yerinizdə səmərəli və istəkli bir şəkildə çalışmaq sadəcə hazırladığınız məhsula deyil, həm də sizin ümumi vəziyyətinizə də müsbət və ya mənfi təsir göstərəcəkdir. Bu yazımızda iş yerində daha səmərəli olmağın 7 yolunu sizinlə paylaşırıq.
- İşlərinizi planlaşdırın – İş yerinizdə planlaşdırılmış bir şəkildə işləmək, işinizi daha asan və vaxtında başa vurmağa səbəb olacaq. Tutduğunuz planlarla iş yerinizlə əlaqədar narahatlıqlarınızı azaltmaq və stressdən xilas olmaq daha asan olacaq. Sabah və sonrakı günü planlayın və kiçik qeydlərdə özünüzə xatırladın. Beləliklə, prioritet olan işləri vaxtında çatdıra biləcəksiniz.
- İş yoldaşlarınızla köməkləşin – Edə bilmədiyiniz işlərdə və ya sizin bacardığınız işlərdə iş yoldaşlarınızla qarşılıqlı yardımlaşın. Sizə gələn köməkdən imtina etmədiyiniz zaman gündəlik həyatınızın çox hissəsini keçirdiyiniz iş yerində daha xoşbəxt və dinc bir mühit yaradacaqsınız.
- Fiziki fəaliyyəti yaddan çıxarmayın – Uzun müddət oturaq və ya ayaq üstə işləyirsinizsə, müntəzəm fiziki məşqlərlə vücudunuzu rahatladın. Əks təqdirdə, peşə xəstəliyi dediyimiz bir çox xəstəliklə qarşılaşa bilərsiniz. Günorta 15 dəqiqəlik bir yürüş zehni və fiziki funksiyalarınızı rahatlaşdıracaq.
- Uzun müddətli iş vaxtında qısa fasilələr verin – Stressli iş mühiti sizdə mənfi psixoloji təsirlər yarada bilər. Buna görə də iş səmərəliliyinin artırılmasına və motivasiyaya kömək edəcək yollar axtarın. Məsələn, sevdiyiniz bir musiqini dinləmək və ya isti bir qəhvə sizə yaxşı təsir edə bilər.
- Hədəf qoyun – Sadəcə iş üçün deyil, sosial həyatınızda da hədəflər qoyun. Bu şəkildə həmişə bir məqsəd üçün çalışacaqsınız və işlərinizi daha diqqətlə yerinə yetirəcəksiniz.
- Şəxsi və peşə inkişafı üzrə kitablar oxuyun – Şəxsi və peşəkar inkişaf kitabları gələcək planlarınızda sizə doğru yolu göstərəcəkdir. Belə kitablar işinizə daha çox uyğunlaşmağa kömək edəcək. Gələcəyinizə dair addımları daha əminliklə atarkən hər hansı narahatlığınız olmayacaq.
- Ailənizə vaxt ayırın – Yorucu və gərgin iş rejimindən insanlar ailəyə vaxt ayırmır. Bu vəziyyət həm uşaqların inkişafı, həm də ailə daxilində müəyyən problemlərə gətirib çıxarır. Sizə mənfi təsir göstərən bu hal iş həyatınıza da əks olunacaq. Xüsusilə həftəsonları və axşamlar ailənizlə istirahət edin. Bu yolla gərgin iş rejiminin stressindən xilas ola bilərsiniz. İş bitməz, lakin bitən hər zaman dəyərli olan zamandır.
Pərvanə Aslanova, Banco.az