İndiyə qədər çox maliyyə sahəsinə aid müsahibələrdə olmuşam, ona görə də bu müsahibələrdə məndən ən çox soruşulan 10 termini sizlər üçün topladım. Banco.az komandasının köməyi ilə maliyyə bazarlarına aid bir-birindən maraqlı 10 termini sizlərə çatdırıram. Xatırladım ki, maliyyə bazarları, maliyyə sahəsinin ən gəlirli və rahat sahəsidir. Ona görə də nə qədər bu sahədə çox bilgi, o qədər iş imkanı deməkdir.
1) Aktiv əməliyyatlar nədir? (Active operations) - Hər hansı iqtisadi subyektin (döv lətin, müəssisənin, yaxud hər han sı fiziki şəxsin) özünə məxsus olan maliyyə resurslarını mənfəət əldə etmək məqsədilə dövriyyəyə bu raxması, yaxud idarə etməsi. Hər hansı hüquqi və ya fiziki şəxsin özü nün sərbəst pul vəsaitlərini qiymətli kağızlara investisiya şəklində yatırması, yaxud dövlətin öz valyuta ehtiyatlarını mənfəət əldə etmək məqsədilə xarici aktivlərdə, eləcə də xarici valyutada saxlaması (idarə etməsi) da aktiv əməliyyatlara aiddir.
2) Bir səhmə düşən mənfəət nəyə deyilir? (Earnings per share (EPS)) - Şirkətin xalis mənfəətinin səhmlərin sayına (il ərzində orta say) nisbəti. Bir səhmə düşən mənfəət şir kəti üçün önəmli gəlirlilik göstəricisidir.
3) Cari dəyər necə hesablanır? (Present value (PV)) - Gələcək pul axınlarının diskontlaş dırılmış cari dəyəri.
Cari dəyər aşağıdakı düsturla hesablanır:
Cari Dəyər = (Pul axını)/(1+r)t
r - diskont faiz dərəcəsidir (tələb olunan gəlirlik)
t - zaman müddətidir.
4) Daxili gəlirlilik (rentabellik) səviyyəsi (norması) nəyə deyilir? (Internal rate of return) - İnvestisiya layihələrinin qiymətləndirilməsi zamanı istifadə olunan smeta gəlirliliyinin göstəricisidir.
5) Effektiv faiz dərəcəsi nədir? (Effective interest rate) - Maliyyə alətinin gözlənilən ömrü və ya uyğun olan zaman, daha qısa dövr ərzində qiymətləndirilmiş gələcək nağd pul ödəmələrini və ya daxilolmalarını maliyyə aktivləri və ya maliyyə öhdəliklərinin xalis balans dəyərinə qədər diskontlaşdıran faiz dərəcəsidir. Effektiv faiz dərəcəsini hesablayan zaman müəssisə, maliyyə alətinin (məsələn, avans ödəmələr, alıcı op sionu və oxşar opsionlar) bütün müqavilə şərtlərini nəzərə almaqla pul vəsaitləri daxilolmalarını qiymətləndirməli, lakin gələcək kredit zərərlərini nəzərə almamalıdır. Effektiv faiz dərəcəsinin hesablanmasına effektiv faiz dərəcəsinin tərkib hissələri olan, müqavilənin tərəfləri arasında ödənilmiş və qəbul edilmiş bütün haqlar və digər məbləğlər, əməliyyat məsrəfləri və bütün digər mükafat və ya güzəştlər daxil edilir. Pul vəsaitləri axını və oxşar maliyyə alətləri qrupunun gözlənilən ömrünün etibarlı qiymətləndirilə bilməsi haqqında fərziyyə mövcuddur. Buna baxmayaraq, pul vəsaitləri axını və ya maliyyə alətinin (maliyyə alətləri qrupunun) gözlənilən ömrünün etibarlı qiymətləndirilməsinin mümkün olmadığı nadir hallarda, müəssisə maliyyə alətinin (maliyyə alətləri qrupunun) müqavilə şərt ləri üzrə olan pul vəsaitləri axınını bütün müqavilə müddətinə tətbiq etməlidir.
6) Əsas vəsaitlər hansılardır? (Fixed assets (Permanent assets)) - Torpaq, binalar, fabriklər, maşın və avadanlıqlar, mebellərdir.
7) Hedcinq nəyə deyilir? (Hedging) - Riskin minimallaşdırılmasına yönəldilmiş tədbir və ya ticarət strategiyası. Hedcinq bir bazarda olan ticarət mövqeyindəki qiymət dəyişməsinə qarşı sığortalanmaq məqsədilə digər bazarda əks mövqeyin açılmasıdır.
8) Xalis aktivlər (xalis aktivlərin dəyəri) nələrə deyilir? (Net assets (net asset value, NAV, net worth)) - Şəxsin və ya şirkətin cəmi aktivləri çıxılsın cəmi passivləri (öhdəlikləri). Şirkətlər üçün xüsusi kapital və ya xalis kapital kimi də adlandırılır. Korporativ qiymətləndirmə nöqteyi-nəzərindən xalis aktivlərin dəyəri aşağıdakı kimi hesablanır:
Aktivlərin dəyəri çıxılsın passivlər bərabərdi xalis aktivlərin dəyəri.
9) İcmal mühasibat balansını necə izah edə bilərsən? (Consolidated balance sheet) - Şirkətin və onun törəmə müəssisələrinin maliyyə vəziyyətini (aktivlərinin və öhdəliklərinin vəziyyətini) ümumiləşdirilmiş şəkildə əks etdirən mühasibat balansı.
10) Kapitalın orta çəkili dəyəri nədir? (Weighted average cost of capital (WACC)) - Şirkətin kapital cəlb etməsi üçün buraxacağı qiymətli kağızların sahib lərinə ödəməli olduğu orta çəkili faiz dərəcəsi.