İş kollektivində hansı sualları vermək olmaz? | Banco.az

İş kollektivində hansı sualları vermək olmaz?

Müəllif - Aida İsaq, Banco.az

Ukraynada insanlar iş axtararkən maaş və vəzifə yüksəlişinin prespektivli olması ilə yanaşı komanda anlayışına xüsusi diqqət yetirirlər. Work.ua-nın Ukraynada apardığı araşdırmalardan sonra ekspertlər bu qənaətə gəlib. Qərarlara və fikirlərə hörmətlə yanaşılan kollektivdə çalışmaq insana daha xoş təsir edir. Bunun üçün həmkarlarla mehriban münasibətlər qurmağa və xoş ünsiyyət yaratmağa kömək edəcək bəzi yazılmayan qaydalara riayət etmək lazımdır.

Banco.az sizin üçün komanda daxilində yaxşı münasibətləri poza biləcək ən "kəskin" ifadələr və sualları təqdim edir. Təkcə işçilərlə ünsiyyətdə deyil, şəxsi həyatınızda da onlardan uzaq durmaq məsləhətlidir.

1. 30 yaşındasınız və hələ də subaysınız?

Bu ifadə kobud suallar siyahısında birinci ola bilər. Şəxsi həyatla bağlı detalları ofisdən kənarda saxlamaq daha faydalıdır. Xüsusən də həmkarların özləri bu məlumatlarla bağlı söhbət etmək istəmirlərsə işdə nə danışdığınıza və hansı sualları verdiyinizə diqqətlə yanaşın.

Əlbəttə ki, bunun kiminsə hisslərinə zərər verməyəcəyinə və ya incitməyəcəyinə əminsinizsə uşaqlar, ev heyvanları, hobbi və s. haqqında söhbətə davam edə bilərsiniz. Ancaq bir az məsafə saxlamaq məsləhətlidir.

2. Yorğun görünürsən

Bir tərəfdən, belə bir ifadə tamamilə zərərsiz görünür və hətta diqqət və qayğı nümayiş etdirir. Ancaq bu bir qədər də qayğıdan daha çox bəzən həmkarınızın əhvalının bütün günü kefsiz keçməsinə səbəb ola bilər.

Əgər həmkarınız mükəmməl iş görübsə və bunun üçün çox səy göstəribsə, onu ruhlandırın. "Çox gözəl iş görmüsən və istirahətə layiqsən" deyin. Amma əgər insan şəxsi problemləri, normal yuxunun olmaması və ya xəstəlikdən sonra yorğun görünürsə, susmaq daha yaxşıdır. Ona qəhvə və çay hazırlaya bilərsiniz. İşə başlamazdan əvvəl bir az fikirlərini toplamaq və bir neçə dəqiqə istirahət etməyi təklif edin.

3. Görünüşlə bağlı fikir bildirməkdən uzaq durun

İctimaiyyət arasında səsləndirilən xoş sözlər bəzən mübahisəli reaksiyalara səbəb ola bilər. Həmkarınıza kompliment demək istəyirsinizsə, bunu ona şəxsən çatdırmağa çalışın. Bütün işçilərin diqqətini kiminsə yeni paltarına, gözəl saç düzümünə, qüsursuz manikürünə və digər nüanslara yönəltmək hər zaman xoş nəticələnmir. "İltifat" etdiyiniz insan utana bilər. Buraya görünüşlə bağlı digər şərhlər də daxildir (“düyməniz düşüb” və ya “qıvrımlar dağınıqdır”). Heç kimi utandırmamaq üçün qulağına pıçıldayın yaxud sosial şəbəkələrdən ismarıc yazın.

Ən sərfəli kredit üçün müraciət et

4. Sən fərasətsizsən, istedadın yoxdur, heç nəyə qadir deyilsən...

Bu cür ifadələr təhqiredici olmaqla yanaşı şirkətin işinə zərərli təsir göstərir. Hesabat səhv hazırlananda, məqalədə səhvlər ediləndə və s. şəxsi qiymətləndirmə etmək məsləhət görülmür. Siz ancaq işi qiymətləndirə bilərsiniz, onu yerinə yetirən adamı yox.  "Məqaləniz əhatəli deyil, daha yaxşı edə bilərsiniz" və ya “ Bəzi məqamlar diqqətinizdən yayınıb buna görə hər şeyi sıfırdan başlamalı olacaqsınız" kimi ifadə edə bilərsiniz.  Bu, münaqişənin qarşısını alacaq və həmkarınıza səhvlərinizi görməyə kömək edəcək.

5. Məzuniyyətdən nəhayət gəldin, nə olmuşdu?

Unutmayın ki, həmkarlarınızın sağlamlığına aid suallara xüsusi diqqətlə yanaşılmalıdır. Çünkü insanlar həmişə hər şeyi danışmağa maraqlı olmaya bilər. Xüsusilə ictimaiyyət arasında... Həqiqətən qayğılanırsınızsa lazımi anlarda köməyinizi təklif edin. Ancaq tibbi tarix və digər təfərrüatlarameyilli olmayın. Eyni şey öz sağlamlığınıza da aiddir. Hər kəsə qıcıqlandırıcı siyatik və ya şiddətlənmiş qastrit haqqında danışmağa ehtiyac yoxdur. Axı, ofis klinika deyil, bu peşəkarlıqdan uzaq davranışlardır.

6. Nə qədər maaş alırsınız?

Əgər sizin müəssisənizdə işçilərin əmək haqqının ölçüsü haqqında məlumat açıq şəkildə yayılmırsa, bu təsadüfi deyil. Komanda daxilində belə müzakirələr aparmaq məsləhətli deyil. Adətən maaş işçinin peşəkarlığına, təcrübəsinə və ixtisasına görə dəyişir. Buna görə də başqalarının büdcəsini müzakirə etmək maraqlarınızı cilovlamağa çalışın.

Sonda isə bildirmək istəyirik ki, olduğunuz həryerdə insanlara səmimi, diqqətli və qayğıyla yanaşmaöa çalışın. Çünkü əks halda incitdiyimiz, diqqətsiz yanaşdığımız hər məqam sonradan bizim özümüzə də mənfi təsirlərlə geri dönəcək. Daha güclü karyera üçün isə daim öz üzərinizdə işləməyə çalışın.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram