İqtisadiyyat nazirinin müavini Qrup rəhbəri təyin olundu | Banco.az

İqtisadiyyat nazirinin müavini Qrup rəhbəri təyin olundu

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupu yaradılıb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilir.

Sentyabrın 21-də baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması haqqında" qərar imzalayıb.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Koordinasiya Qrupunun rəhbəri təyin olunub.

Ən sərfəli kredit üçün müraciət et

37 nəfərdən ibarət Qrupa müxtəlif dövlət strukturları, dövlət şirkətlərinin nümayəndələri daxildir.

Koordinasiya Qrupunun əsas məqsədi sahibkarlığın inkişafı siyasətinin əlaqələndirilməsi, KOB evlərində sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı dövlət qurumları ilə Agentlik arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsidir. 

marja.az