Hər il olduğu kimi Apple şirkəti öz ənənəsinə sadiq qalaraq ötən ay yeni İPhone modellərini bazara çıxardı. Şirkət bu il sözügedən modelin 4 fərqli versiyasını müştərilərinə təqdim edib: "iPhone 13", "iPhone 13 mini", "iPhone 13 Pro" və "iPhone 13 Pro Max". Hər modelin daxili yaddaş tutumuna görə 3 və ya 4 fərqli növü də var.
Bu smartfonlar demək olar ki, hamının sevimlisi olsa da, hər kəs üçün əlçatan deyil. Odur ki, Banco.az yeni İPhone modellərinin yerli bazarda qiymətlərini araşdırıb.
Qeyd edək ki, bu modellər arasında ən ucuzu "iPhone 13 mini" modelidir. Daxili yaddaş tutumundan asılı olaraq modelin qiyməti 2039-2919 manat aralığında dəyişir.
Enerji tutumu ilə yanaşı model ölçülərinə, çəkisinə görə də "iPhone 13" "iPhone 13 mini"dən fərqlənir. Enerji tutumu 3240 mAh olan "iPhone 13" modelinin qiyməti 2289 manatdan başlayır.
Hər növbəti modeldə əvvəlkinə nisbətən telefonun enerji tutumu, ekran ölçüləri və çəkisi artır. Lakin "iPhone 13 Pro" və "iPhone 13 Pro Max"da əlavə olaraq operativ yaddaş da artırılıb. Əvvəlki modellərdə operativ yaddaş 4 GB olduğu halda, bu 2 modeldə həmin göstərici 6 GB-dır. Həm də növbəti iki modeldə daxili yaddaş 128 GB-1 TB arasında dəyişir.
Ekranı 6,7 düym olan sonuncu model isə parametrlərinə görə digərlərindən öndədir. Enerji tutumu 4373 mAh olan bu modeli bazarda 3229 manata almaq olsa da, həmin telefonu 3799 manata təklif edənlər də var.
Almalı Store |
Almastore.az |
Azercell |
Baku Electronics |
Kontakt Home |
İrşad Electronics |
World Telecom |
NLT Telecom |
megamart.az |
Music Gallery |
Maxi.az |
Bytelecom |
Phonex.az |
Smart Electronics |
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!
iphone, iphone 13, iphone qiymətləri, iphone qiymetleri, apple, ayfon, ayfon 13