"İpək Yolu Sığorta"nın aktivləri azalıb - YEKUN GÖSTƏRİCİLƏR | Banco.az

"İpək Yolu Sığorta"nın aktivləri azalıb - YEKUN GÖSTƏRİCİLƏR

"Silk Way Insurance" (İpək Yolu Sığorta) şirkəti 2017-ci ilin yekun maliyyə nəticələrini açıqlayıb.

Belə ki, ötən ilin sonunda sığorta şirkətinin cəmi aktivləri 36,756 mln. manat təşkil edib. Bu isə ötən ilin əvvəli ilə müqayisədə 3,2 mln. manat və ya 8% azdır. Şirkətin öhdəlikləri isə 9,960  mln. manat təşkil edib.

"Silk Way Insurance"ın kapitalı artıb!

Ən sərfəli kredit üçün müraciət et

2018-ci il 1 yanvar göstəricilərinə əsasən, şirkətin kapitalı 1 il ərzində 9,8% artaraq 26,796 mln. manata çatıb.

Şirkət ötən ili mənfəətlə başa vura bilib.

Belə ki, 2017-ci il ərzində cəmi gəlirləri 21,040 mln. manat, cəmi xərcləri isə 18,035 mln. manat olan "Silk Way Insurance", mənfəətindən 601 min manat mənfəət vergisi ödəyib və nəticədə, ilə  2,404 mln. manat xalis mənfəətlə ili başa vurub.