İnsanların beyin dalğaları ilə bitkoin əldə etmək mümkündür? | Banco.az

İnsanların beyin dalğaları ilə bitkoin əldə etmək mümkündür?

Microsoft insanlara öz beyin dalğalarından istifadə edərək kriptovalyuta (məsələn, Bitkoin) almalarına imkan verən texnologiyanı patentləşdirməyi planlaşdırır.

Sistemin iş prinsipi sadə görünür: istifadəçiyə, tutalım hər hansı reklam göstəriləcək və cihaz onun gördüklərinə reaksiyasını təhlil etmək üçün beyin dalğalarının sayımıyla məşğul olacaq. Təhlilin nəticələrini əldə etmək üçün könüllü kriptovalyuta şəklində mükafat alacaq.

Bəşəriyyət nümayəndələrinin əksəriyyətinin iqtisadi vəziyyətini nəzərə alaraq, bəzi istifadəçilərin günlərlə reklam fırladacağını inamla söyləmək olar.

Qəribə patent

Müasir tarixdə nüfuzlu şirkətin absurd görünən texnologiyanı patentləşdirməyə çalışdığı ilk dəfə deyil. Dünyada minlərlə "ixtiraların" patentləri mövcuddur ki, onlar ya faydasızlığı və ya tətbiq olunması üçün texnoloji reallıqların olmaması səbəbindən heç vaxt işıq üzü görməyəcək.

Microsoft, ehtimal ki, kiçik mükafatlar müqabilində könüllülərin sadə tapşırıqları yerinə yetirdiyi Amazon Mexanik Türk layihəsindən ilham alıb. Həmin layihədə könüllülər məsələn, süni intellektə alqoritmləri öyrətməyə kömək edir.

Ən sərfəli kredit üçün müraciət et

ens

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram