İnsanın ən ideal iş saatı nə vaxtdır? | Banco.az

İnsanın ən ideal iş saatı nə vaxtdır?

İnsan bədəninin hər bir işi yerinə yetirmək üçün ideal saatı mövcuddur. Türkiyənin Qaziantep Universiteti Bədən Tərbiyəsi və İdman Məktəbinin müdiri, həkim Kürşat Karacabey bildirib ki, insanların hansı saatda hansı işi görməli olduqları onların genlərində kodlaşdırılıb.

"Yaradan bütün insanların saatını qurub. Elm adamları gün ərzində insanların hansı saatda hansı işi görməli olduqlarını müəyyən ediblər", deyə K. Karacabey qeyd edib.

Araşdırmalara görə, günün ən yaxşı iş vaxtı saat 09:00-11:00 arası, insanın ən xoşbəxt olduğu vaxt isə saat 15:00-dur.

Saat 01:00-02:00: İnsanın iş qabiliyyətinin ən aşağı olduğu saatdır. Bu zaman işləyənlər xətaya yol verirlər. Çünki bu saat insan bədəni ancaq yuxuya proqramlaşdırılıb. İnsanın refleksləri zəifləyir.

Saat 03:00: İnsan tamamilə halsız olur. Melatonin hormonu artdığı üçün insan tənbəl və qərarsız olur. Bu saatlarda insanın intihar etmək ehtimalı yüksəkdir.

Saat 04:00: Bədən yenidən enerji yığmağa və özünü günə hazırlamağa başlayır. Qan yüksəlməyə, damarlar genişlənməyə başlayır. Ürək xəstəliyi olanlar günün bu saatında daha diqqətli olmalıdırlar.

Saat 05:00-06:00: Stres hormonu 6 dəfə artır. Bədən yeni günə başlamağa hazırlaşır.

Saat 07:00: Orqanizm oyansa da, hələ ki, zəifdir. Bu saatda idman etməkdən çəkinmək, əvəzində yaxşı səhər yeməyi etmək lazımdır.

Saat 08:00: Nəbz və təzyiq artmağa başlayır. Yatanda 60 dəfə vuran ürək, bu saatlarda sağlam insanda 72-78 dəfə döyünür.

Saat 09:00-11:00: Ən yaxşı və effektiv iş saatıdır. Bütün diqqəti toplamaq və məntiqli düşünmək üçün də ideal vaxtdır.

Ən sərfəli kredit üçün müraciət et

Saat 12:00-14:00: Bədən yorğunluğun ilk əlamətlərini nümayiş etdirməyə başlayır. Diqqət dağılmağa və yuxu gəlməyə başlayır. Beyinə gedən qan miqdarı azalır. Nahardan sonra yuxu artır.

Saat 15:00: İnsanın özünü ən xoşbəxt hiss etdiyi saatdır. Bu saatda xoşbəxtlik hormonu ən yüksək həddə çatır. Yenidən insana enerji gəlir.

Saat 16:00-17:00: Adrenalin yüksəlir. Əzələlər qüvvətlənir. Aparılan araşdırmaların nəticələrinə görə, Olimpiya rekordlarının əksəriyyəti məhz bu saatda qeydə alınıb.

Saat 18:00: Bədəndə yenidən yorğunluq başlayır və orqanizm özünü şam yeməyinə hazırlamağa başlayır. Əzələlər qüvvətdən düşməyə başlayır.

Saat 19:00-20:00: Orqanizm özünü yuxuya hazırlamağa başlayır. Nəbz yavaşlayır.

Saat 21:00: Bu saatda yemək yemək təhlükəlidir. Həzm prosesi zəifləyir. Belə ki, bu saatda yeyilən yemək mədədə səhərə qədər qalacaq. Həzm edilməyən qidalar mədədə çürüyərək zərərli çöplər olacaqlar.

Saat 22:00: Bu saatdan sonra siqaret çəkmək qadağandır. Çünki bədən saat 22:00-dan sonra nikotini ata bilmir. Səhərə qədər bu nikotin bədəni zəhərləyir.

Saat 23.00: Yuxu üçün ideal saatdır. İnsan rahatlaşır, sakitləşir. Uzanandan sonra 20-25 dəqiqə içərisində insan yuxuya gedir.

Saat 24:00: Yuxuda olarkən hüceyrələr yenilənir. Saçlar bu saatda daha tez uzanır. Fəaliyyətin ən aşağı olduğu saatdır. Bu zaman işləyənlər xətaya yol veririlər. Çünki bu saat insan bədəni ancaq yuxuya proqramlaşdırılıb. İnsanın refleksləri zəifləyir.

Mənbə: movqe.az