İnnovasiyanın yaranma ehtimalı bir şeyi eyni şəkildə etməklə tərs mütənasibdir. Yəni, həyatınızda innovasiya istəyirsinizsə, işə dəyişməklə başlayın. İş dünyası işçilərin dəyişən tələblərinə paralel olaraq dəyişiklik etməyə və fərqindəlik yaratmağa davam edir və etməlidir.
İnnovasiyaya meylli şəxslərin 8 xüsusiyyəti:
- Ortaya qoyduqları işdən məmnun olmazlar – İşinizi sevmirsinizsə, başqa işlərə marağınız yaranacaqdır. Bu yeniliyə can atmanın bir göstəricisidir.
- Çətinliklərə müqavimət göstərirlər – Bir işdə çətinlik çəkirsinizsə bunu fürsət olaraq görün. Çünki problemlər yeni fikirlərin ortaya çıxmasının ən vacib yollarından biridir.
- Təşkilatlanmağı sevməzlər – Təşkilatlanmaq yeniliyin ortaya çıxmasını yavaşladır.
- Ətrafdan gələn reaksiyalara fikir verməzlər – Nə qədər başqalarına fikir verməsəniz, o qədər yeniliklərə açıq olub, innovasiyaya yaxınlaşmış olacaqsınız.
- Mükəmməliyətçi deyillər – Mükəmməlçi yenilikçi ola bilməz. Nizamlı və sistemli olmaq belə şəxslərə ziddir. İnnovativ şəxslərin sıçrayış edərək bir anda əlaqə yaratmaq kimi özəllikləri var.
- Bir qrupa daxil deyillər - Əslində, son illərdə innovasiya komanda işi olmağına baxmayaraq, yeniliklər ortaya qoymaq adətən başqa cür düşünən və yalnız olan insanların işidir.
- Enerjini özlərinə saxlayırlar – Yenilikçi şəxsiyyətlər daxili enerjilərini xaricə verənlər deyil, daha çox özlərinə saxlayanlardır.
- Standartları qəbul etmirlər – İş vərdişlərini qoruyan şəxslər, stereotiplərdən xilas ola bilməyən və böhran anında mövcud həlləri istifadə edən şəxslər innovasiya dünyasına girə bilməyən şəxslərdir.
Pərvanə Aslanova, Banco.az