İlk iş günündə necə davranmaq lazımdır? | Banco.az

İlk iş günündə necə davranmaq lazımdır?

İş müsahibəsi qədər həyəcanlı olan ilk iş günündə yeni mühit, yeni insanlar və yeni vəzifələr sizi gözləyir. Yeni iş yerinə asanlıqla uyğunlaşmaq üçün ilk günü gözəl keçirməyiniz vacibdir. Bunun üçün faydalı ola biləcək məsləhətləri sizinlə paylaşırıq.

  1. Bir gün öncədən hazırlaşın – Geyimlərinizi əvvəlcədən hazırlayın, daha dinc və enerjili olmağınız, eyni zamanda gecikməmək üçün rahat yatın.
  2. Gülərüz olun – Gülərüz və nəzakətli olmaq, yaxşı təəssürat yaratmaq və ünsiyyət qurmaq üçün ən vacib addımlardan biridir. Əlbəttə ki, yüksək səsli gülüş və uzun-uzadı danışmaq kimi davranışlardan da qaçmaq faydalıdır.
  3. Özünüzü yaxşı təqdim edin – İlk gündə gözlər sizin üstünüzdə olacaq və sizi tanımaq istəyəcəklər. Necə təqdim olunmaq barədə əvvəlcədən hazırlaşsanız bu işinizi bir qədər asanlaşdırar.
  4. Müşahidə aparın – İşlərin necə aparıldığını, qərarların necə alındığını, insanların bir-biri ilə münasibətlərini müşahidə etmək sizə çox kömək ola bilər.
  5. Qaydaları öyrənin – Şirkətin daxili qaydaları varsa, onları öyrənmək və əməl etmək vacibdir.
  6. Birlikdə vaxt keçirin – Birlikdə nahar etmək təkliflərini rədd etməyin və ya fasilələrdə çay/kofe təkliflərinə açıq olun. Bu ünsiyyət qurmaq üçün ən yaxşı vasitə ola bilər.
  7. Uzun müddətli telefon danışıqlarına yol verməyin – İlk iş gününüzlə maraqlanan dostunuz sizə zəng edib, fikirlərinizi öyrənmək istəyə bilər. Bu söhbətləri işdən sonraya saxlamağınız məsləhətdir. 

Pərvanə Aslanova, Banco.az 

Ən sərfəli kredit üçün müraciət et