İtaliya-Abş müştərək avtomobil şirkəti Fiat-Chrysler (FCA) tərəfindən Fransanın avtomobil brendi Renault şirkətinə edilən təklif sayəsində iki şirkət də elektrikli və sürücüsüz avtomobillər istehsal etməyə daha rahat keçə biləcəklər.
Bu iki şirkətin birləşməsinin üstünlükləri olsa da, bir problem də mövcuddur. Belə ki, Renault Yaponiyanın avtomobil brendləri Nissan və Mitsubishi şirkətlərinə bağlıdır və Fiat-Chrysler şirkətinin 35 milyard dollar dəyərindəki birləşmə təklifi bu iki markaya aid edilmir.
Fiat-Chrysler – in yarı-yarıya birləşmə təklifi ilə yaranacaq ortaqlıq dünyanın ən böyük üçüncü avtomobil istehsalçısını meydana gətirə bilər. Renault və Nissan arasında sabiq prezident Carlos Ghosn – un həbsi və işindən azad edilməsi ilə bağlı hazırda münasibətlər gərgindir. Nissan şirkəti Renault tərəfindən tələb edilən tam birləşmə istəyini bir müddətdir ki, qəbul etmirdi və bu da FCA – nın hərəkətə keçməsinə şərait yaratdı.
Fiat-Chrysler şirkətindən Nissan – a da açıq qapı
FCA – nın Renault ilə qurulacaq mümkün ortaqlığa Nissan və Mitsubishi şirkətlərinin də daha sonra daxil ola biləcəyi və 43%-lik səhmi Renault şirkətinə məxsus olan Nissan – a yeni şirkətdə bir yer təklif etdiyi söylənilir. Bununla da yeni yaranacaq ortaqlıq dünyanın ən böyük avtomobil istehsalçısını meydana gətirəcək, ancaq bundan əvvəl Nissan və Reanult şirkətləri arasındakı gərginliklər sona çatmalıdır.
Həmçinin oxu: Lüks avtomobil rəqabəti: BMW vs Mercedes-Benz
Tamara Mustafayeva, Banco.az