Müəllif: Tamara Mustafayeva, Banco.az
“IKEA” yeni reklam kampaniyasında xoşbəxtlik mənbəyini tapır.
Banco.az xəbər verir ki, İsveçin mebel nəhəngi “IKEA” firması yeni reklam çarxında tənha canavarla balaca oğlanın dostluğu fonunda əsl xoşbəxtlik mənbəyini tamaşaçılara çatdırır.
Reklam çarxı balaca oğlanın tənha canavarla görüşərək xoşbəxtlik tapmasından bəhs edir. İnsanların pul alaraq yolu keçməsinə icazə verən canavar balaca oğlanla tanış olduqdan sonra həyatı dəyişir. Uşağın canavarın evinə apardığı əşyalarla başlayan dəyişiklik sürət qazanır və bununla da canavarın həyatı tamamilə dəyişir.
Reklam çarxı Sloveniyada yerləşən kreativ reklam agentliyi “Rethink” tərəfindən ərsəyə gətirilib və rejissor Nik Balın imzasını daşıyır.
Bizi sosial şəbəkələrdən izləyin!!