"IKEA" markası olduqca yaradıcı reklam filmi yayımlayıb | Banco.az

"IKEA" markası olduqca yaradıcı reklam filmi yayımlayıb

Tamara Mustafayeva, Banco.az

"IKEA" firması Kanadanın Toronto şəhərində açılan yeni mağazasını yaradıcı konsepsiya ilə təqdim edib.

Məlumdur ki, keçmişdən bu günə qədər yaradıcı reklamlar bir çox markaya ilham mənbəyi olub. Şübhəsiz ki, İsveçin mebel nəhəngi "IKEA" şirkəti də belə reklam kampaniyalarının hazırlanması mövzusunda həmişə seçilmişdir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, şirkətin keçmiş yaradıcı reklamları hələ də qarşımıza çıxsa da, o, bu reklamlara yenisini əlavə edib. Bu dəfəki kampaniya isə Toronto şəhərinin mərkəzində açılan ilk mağazasında "reallıq" anlayışının mənimsənilməsini əsas götürüb.

Toronto şəhərinin Yonge və Gerrard prospektlərində açılan yeni mağazasının təqdimatı üçün "Made For Downtown Living", yəni "Şəhər mərkəzində yaşayış üçün hazırlanmışdır" şüarı qəbul edilib. "Rethink" reklam agentliyinin hazırladığı kampaniya çərçivəsində Torontoda bəzi evlər canlı IKEA kataloqlarına çevrilib.

Evlərin pəncərələrində vitrin görünüşü yaradan heyət vitrinlərdə IKEA-nın simvolik kataloq görünüşünü əks etdirir. Beləcə, küçədə gedərkən evlərə baxan insanların diqqətini pəncərələrdəki bu kataloq görünüşü cəlb edir.

Ən sərfəli kredit üçün müraciət et

Kataloqlarla yaxından tanış olmaq istəyənlər "Window Shopping", yəni "Pəncərədən alış-veriş" konsepsiyasını görürlər. Vitrinlərin bəzilərində evdən işləyən insanın iclas keçirdiyini, bəzilərində isə evinin qonaq otağında vaxt keçirən ailəni görmək mümkündür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram