İcbari Sığorta Bürosunun icraçı direktoru dəyişir | Banco.az

İcbari Sığorta Bürosunun icraçı direktoru dəyişir

İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru dəyişəcək. 

Məlumata görə, İSB-yə rəhbərlik edən Elxan Quliyevin səlahiyyət müddəti (5 il) başa çatmaq üzrədir. Bu səbəbdən qurumun bu günlərdə tərkibi və rəhbərliyi yenilənmiş Himayəçilər Şurası onun əvəz olunmasına dair qərar qəbul edib. Yeni icraçı direktor hazırda “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışan Fariz Əzizov olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, İSB 2011-ci ildə yaradılıb. Hazırda onun iştirakçısı olan sığorta şirkətlərinin sayı 16-dır.

Mənbə: Report.az