Bu ilin oktyabr ayı ərzində İcbari sığorta Bürosunun (İSB) elektron informasiya sistemində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 1 730 sığorta tələbi qeydiyyata alınıb.
Bu tələblər üzrə 2,2 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Ödənişin 2 059 877 manatı nəqliyyat vasitəsinə dəyən zərər, 34 233 manatı əmlaka dəyən zərər, 38 250 manatı sağlamlığa dəyən zərər, 60 min manat şəxsin ölümü üzrə olub.
Cari ilin oktyabrında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 246 manat təşkil edib. Ötən ilin oktyabr ayı ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 50% artım müşahidə edilib.
Mənbə: Report.az