IBM Böyük Böhrandan necə xilas oldu? | Banco.az

IBM Böyük Böhrandan necə xilas oldu?

Günümüzün ən böyük texnologiya şirkətlərindən biri olan “IBM” ilk vaxtlar bu qədər görkəmli bir şirkət deyildi. 1917 – ci ildə Tomas Uotson tərəfindən yaradılan IBM, ilk yarandığı vaxtlar perforasiya kartları və elektron tablolar kimi sadə iş maşınları istehsal edirdi. Vaxt keçdikcə dövrün tələbləri ilə ayaqlaşan şirkət, xüsusilə də fərdi kompüterlərin istehsal edilməsi ilə birlikdə inkişaf etməyə başladı və bugünki vəziyyətinə çatdı.

“IBM” şirkətinin yaşadığı ən çətin vaxt isə şübhəsiz ki, 1929 – cu ildə baş verən Dünya İqtisadi Böhranı və ya digər adı ilə Böyük Böhran idi. Bugünki məqaləmizdən texnologiya nəhənginin Böyük Böhrandan necə xilas olduğu haqqında məlumat əldə edə bilərsiniz.

Böyük Böhranın başlaması ilə birlikdə dünya miqyasında işsizlik göstəricisi 30% - ə yüksəldi. Müəssisələrin əksəriyyəti bu böhrandan xilas olmaq üçün xüsusi səy göstərirdi. Şirkətlər iflas etməmək üçün lazım olmayan bütün xərclərini azaldırdılar. Çünki kifayət qədər qazanc əldə edə bilmirdilər. 1930 – cu ildən etibarən ofis ləvazimatları bazarının həcmi 50% azaldı və bu vəziyyət şirkətlər üçün məhsullar istehsal edən “IBM” – ə də təsir göstərdi.

Şirkətin qurucusu Tomas Uotson isə iqtisadiyyat tarixinin ən böyük böhranlarından biri olan Böyük Böhran zamanı AR-GE (texnologiya araşdırması və inkişafı) üzrə yatırım etdi və istehsalı artırdı. Bazarın digər nümayəndələri heç bir addım atmadığı bir vaxtda Uotson partlayışa hazırlaşırdı. İqtisadiyyat yenidən əvvəlki səviyyəsinə qayıtdığı zaman yaranacaq tələbi qarşılamaq üçün hazır olmaq istəyirdi. Odur ki, böhran illərində şirkət milyon dollarlıq yatırımlar edərək iş həcmini artırdı. Bununla yanaşı Uotson, innovasiyanı təşviq etmək üçün yeni yaradılmış bir araşdırma mərkəzinə 1 milyon dollar (bugünün kursu ilə 17 milyon dollara yaxın) sərmayə qoydu. Bütün bu xərclərə baxmayaraq şirkətin gəliri sabit qaldı və “IBM” – in səhmlərinin qiyməti rekord həddə qədər düşdü.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ prezidenti IBM şirkətini böhrandan necə xilas etdi?

1935 – ci ildə Amerika prezidenti Franklin D. Ruzvelt Sosial Təhlükəsizlik Qanununu imzaladı. Yeni qanun bütün işçilərin təqaüdə çıxdıqdan sonra ya da bir xəstəlik halında faydalana biləcəkləri sosial təhlükəsizlik fonduna pul ödəmələrini nəzərdə tuturdu. Şirkətlər artıq işçilərinə ödənilən məbləğə nəzarət etməli idilər. Bununla da hökumət insanların yeni qanunu əməl etmələrindən əmin olacaqdı.

Bu yeni qanunun qüvvəyə minməsinin ardınca elektron tablolara olan tələb artdı. ABŞ – dakı hər bir böyük şirkətin bu maşınlara ehtiyacı yox idi, lakin hökumətin sosial təhlükəsizlik əməliyyatlarını icra etmək üçün bu maşınlardan satın alması zəruri idi və IBM bu böyük tələbi qarşılamağa hazır olan tək şirkət idi.

Həmçinin oxu: Xarici seriallar “P&G” ni böhrandan necə xilas etdi?

Tamara Mustafayeva, Banco.az