Gündəlik həyatda başımıza gələn hadisələrə qarşı davranışlarımızın günün qalan hissəsinə təsir etdiyini bilirdinizmi?
Psixologiyada buna 90/10 qaydası deyilir: Həyatımızda başımıza gələnlərin 10%-i bizdən asılı olmadan baş verir, 90%-nin isə idarəetmə sükanı əlimizdədir.
Bir misalla aydınlaşdıraq:
Deyək ki, bir iclasa getməlisiniz. İclas öncəsi yarım saat boş vaxtınız var və həmişə müştərisi olduğunuz bir kafedə kofe içməyə qərar verirsiniz. Siz iclas qeydlərinizə baxarkən, işə yeni başlayan ofisiant kofenizi gətirərkən bir yerə dəyir və kofeniz yerə tökülür. İclasın stresi ilə toplanan gərginliklə ofisianta bağırmağa başlayırsınız. Ofisiant təzəsini gətirəcəyini desə də, siz onun sözünü eşitməyib bağırmağa davam edirsiniz. Daha sonra kafenin meneceri gəlir və ofisianta əsəbləşməyə başlayır, müntəzəm müştərisini əsəbləşdirdiyi üçün onu işdən çıxarır. Əsəbi halda oradan çıxırsınız və avtomobilinizə minirsiniz. İclasa çatmaq üçün sürətli sürürsünüz, ancaq polis sizi saxlayır və cərimələyir. Bu, səbəbdən dolayı iclasa gecikirsiniz. Neqativ bir əhval-ruhiyyə ilə iclasınız çox da məhsuldar keçmir. Evə gedən zaman evdəkilərə qarşı da əsəbi davranırsınız və onların qəlbini qırırsınız. Beləliklə, bütün gününüz bərbat olur.
Bu hadisələr baş verərkən də başqalarını günahlandırdınız, amma başınızı yastığa qoyduğunuzda sakit bir şəkildə düşünsəniz görəcəksiniz ki, pis keçən gününüzün tək günahkarı var: SİZ
Başlanğıcda ofisiantın xətasını sakit şəkildə qarşılayıb yenidən gətirdiyi kofeni içməliydiniz. Beləcə, ofisiant işdən çıxarılmamış olacaqdı. Oradan vaxtında çıxıb iclasa çata biləcəkdiniz və beləcə, cəriməni ödəməyinizə ehtiyac qalmayacaqdı. Kofenizlə birlikdə sakin əhval-ruhiyyə ilə getdiyiniz iclasda yaxşı bir təqdimat edəcəkdiniz və müsbət nəticələr əldə edəcəkdiniz. Günün qalan hissəsində də xoşbəxt olacaqdınız və bu ətrafınızdakıları da xoşbəxt edəcəkdi.
Gördüyünüz kimi, bir hadisəyə verdiyiniz reaksiya gün ərzində başınıza gələnləri domino effekti ilə təsir edir. Buna görə belə bir vəziyyətdə ani reaksiya vermədən öncə, qısa bir müddət baş verəcəkləri gözdən keçirin və həyatınızın 90%-ni xilas edin.
Moneta.az