Azərbaycan Sığortaçılar Assosiasiyasından "Banco.az"a daxil olan məlumata görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 26%-i və yaxud 98,5 milyon manatı həyat sığortasının payına düşüb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 16% böyüyüb.
Həyat sığortasındakı yığımların 58,6%-i və yaxud 57,7 milyon manatı həyatın yaşam sığortasının, 28,4%-i və yaxud 28 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 11,6%-i və yaxud 11,4 milyon manatı həyatın ölüm halından sığortasının, 1,1%-i və ya 1 milyon manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,3%-i və ya 362 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
10 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 35,6 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 25,4%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 39,5% çoxdur.
Həyat sığortası üzrə ödənişlərin 89%-i və yaxud 31,7 milyon manatı həyatın yaşam sığortasının, 5,5%-i və yaxud 1,95 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, yenə 5,5%-i və yaxud 1,95 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 13,7 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 36,1 manat ödəniş həyata keçirilib. 2014-cü ilin yanvar-oktyabr aylarında bu rəqəm 30,1 manat olub.