Hərbi məhsullarla işə başlayan 6 məşhur markanın uğur hekayəsi | Banco.az

Hərbi məhsullarla işə başlayan 6 məşhur markanın uğur hekayəsi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın ən tanınmış markalarından bəzilərinin hərbi mirasa sahib olduğunu bilirsinizmi? Həmin markaların əksəriyyəti bu məlumatları öz tarixçələrində ətraflı formada qeyd etməsələr də, bəziləri şirkətin loqosunda və ya internet saytında müvafiq məlumatları bölüşürlər.

Ancaq qeyd etmək lazımdır ki, bəzi markaların hərbi keçmişi elə də nəzərdən qaçacaq dərəcədə əhəmiyyətsiz deyil, hətta maraqlıdır ki, ordu üçün məhsul tədarükü ilə işə başlayan olduqca məşhur markalar hazırda fərqli sektorlarda fəaliyyətlərini davam etdirirlər.

Banco.az bugünkü məqalədə fəaliyyətinə hərbi məhsulların istehsalı və ya tədarükü ilə başlayan markalardan bəhs edəcəyik.

Jeep

Jeep “American Chrysler” avtomobil qrupuna məxsus yolsuzluq avtomobili markasıdır. Adının mənşəyi dəqiq bəlli olmasa da, Ford şirkətinin bir yarışma üçün istehsal etdiyi “Ford GP”-dən götürüldüyü düşünülür. Belə ki, ingiliscə “GP” hərfləri yanaşı gəldikdə “Cİ Pİ” kimi tələffüz edilir.

Jeep markasının hekayəsi məhz II Dünya Müharibəsi ilə əlaqəlidir. Müharibə şəraitində bütün yollarda istifadə edilə biləcək, lazım olduğu təqdirdə təyyarə ilə daşına biləcək, paraşütlə sahəyə buraxılacaq, su hövzələrindən keçə biləcək kiçik, dayanıqlı nəqliyyat vasitəsi lazım idi. Beləliklə 1941-ci ildə müharibədə istifadə edilmək üçün istehsal edilən ilk nəqliyyat vasitəsi Jeep olur. Avtomobilin keyfiyyətləri olduqca bəyənildiyi üçün bir müddət sonra kütləvi istehsala başlanılır.

M&M

İspaniya vətəndaş müharibəsi əsnasında Forrest Mars Sr. əsgərlərin əllərinə şokalad yapışmaması üçün şəkərlə örtülmüş şokalad topları yeməsinin şahidi olur. Layihələrinin patent hüququ 1939-cu ildə Amerikalılar tərəfindən satın alındığı üçün Forrest Mars SR. və R.Bruce Murrie məhsullarını daxili bazarda başqa bir adla təqdim etməli olurlar.

Yeni marka adı müəyyənləşdirmək üçün isə adlarının baş hərflərini birləşdirirlər - M&M

Markanın məhsulları ABŞ-da ilk dəfə 1941-ci ildə satışa çıxarılır. II Dünya Müharibəsi əsnasında Amerika Ordusu əsgərlərinə bu konfetlərdən verirdi, çünki onlar istənilən iqlim şəraitində xarab olmadan asanlıqla daşına bilən qəlyanaltı sayılırdı. O dövrdə hər bir əsgərin əlində bu konfetlərdən görmək mümkün idi. Qısa müddət sonra isə bütün ölkə əhalisi üçün məhsulun istehsalına başlandı.

Ray-Ban

Dünyanın ən məşhur gün eynəyi markalarından biri olan Ray-Ban, əslində fəaliyyətinə ilk dəfə Amerika Hava Qoşunları üçün eynək istehsalı ilə başlayıb. Yüksəkliklərdə uçan pilotlarda özünü göstərən başgicəllənmə və ürək bulanması hallarının qarşını almaq üçün parıltı əleyhinə müvafiq eynəklərin bazara çıxarılması bugünkü gün eynəklərinin də başlanğıcı olur.

Ən sərfəli kredit üçün müraciət et

Kotex

Kotex və hərbi məhsulları eyni kateqoriyada təsəvvür edə bilmirsiniz, düzdür? Ancaq reallıq tamamilə fərqlidir. Belə ki, I Dünya Müharibəsi zamanı əsgərlərin yaralarını sarımaq üçün qazlı sarğı bezi tədarükü ilə işə başlayan Kotex firması gigiyenik qadın bezlərinin istehsalına isə çox sonra başlamışdır.

Fanta

Fanta markasının yaradılış hekayəsini oxumaq üçün link-ə keçid edə bilərsiniz: https://bit.ly/3ffeEj7

Hugo Boss

Hugo Ferdinand Boss siravi dərzi idi. O, 33 yaşında şəxsi firmasını təsis edir. Öz adını daşıyan və 30 işçisi olan bu kiçik firmanın dünyaca məşhur moda nəhənginə çevriləcəyini həmin günlərdə heç kəs təsəvvür edə bilməzdi.

1931-ci ildə böyük iqtisadi böhranın ağır təsirləri hökm sürərkən Nasional Sosialist Alman Fəhlə Partiyasının partiyanın uniformalarını sifariş etməsi firmanın taleyi üçün dönüş nöqtəsi olur.

Hugo Ferdinand Boss da həmin il partiya sıralarına qoşulur. Firma 1938-ci ildən etibarən ordu uniformalarını da tikməyə başlayaraq külli miqdarda pul qazanır.

Həmçinin oxu: Tanınmış markaların adlarını səhv tələffüz etdiyinizi bilirsinizmi?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram