Həftəlik ən az iş saatı hansı ölkədədir? - ARAŞDIRMA | Banco.az

Həftəlik ən az iş saatı hansı ölkədədir? - ARAŞDIRMA

Dünya ölkələri yaşayış standartları baxımından bir birindən fərqlənirlər. Belə olduqda ölkələr üzrə iş saatlarında da kəskin fərqlər diqqətdən yayınmır. Bu yazıda sizi ölkələr üzrə dəyişən iş saatları ilə tanış edəcəyik. Beləliklə, bu ilin qeyri-rəsmi göstəricilərinə görə ən az iş saatına malik ölkə Almaniyadır. Ölkədə həftəlik iş saatı 35,5 saat təşkil edir. Bu baxımdan Avstraliyada bu rəqəm ortalama 36.1 saat təşkil edir. Digər inkişaf etmiş ölkələrdən olan İngiltərə, Belçika, İtaliya, Fransa, İspaniyada uyğun olaraq bu standart 36.4, 36.8, 37.5, 38, 38.4 saat arasında dəyişir. Dünyanın ən inkişaf etmiş ölkəsi Kanadada bu rəqəm 38.7 saatdır. Avstriyada həftəlik iş saatı 38.7 saat, Cənubi Koreyada isə 44.6 saat təşkil edir. Qonşu ölkə Türkiyədə isə orta həftlik iş saatı 48.9 saat olaraq göstərilir. Ölkəmizdə isə göstərici iş rejimi və iş standartlarına görə dəyişir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin maraqlıdır: Dünyanın ən uğurlu insanları bunları ƏSLA etmirlər

Nəcibə Yusifova, Banco.az