Hansı sahədə neçə yaşında daha çox uğur qazanmaq olar? | Banco.az

Hansı sahədə neçə yaşında daha çox uğur qazanmaq olar?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Demək olar ki, əksər insanlar yaşa dolmaqdan, yaşlanmaqdan qorxur. Çünki ən gözəl illərin məhz cavanlıq dövrü olduğuna inanırıq. Halbuki aparılan araşdırmalar göstərir ki, müəyyən yaşdan sonra daha uğurlu olmaq mümkündür. Unutmayın ki, “Hər yaşın öz gözəlliyi var” ifadəsi əbəs yerə işlənməmişdir.

Banco.az həyatın hansı dövrlərində hansı peşə və sənət sahələrində uğurun pik həddinə çata biləcəyinizi təqdim edir.

1. İkinci dil öyrənməyin ən ideal vaxtı: 7-8 yaş

2. Beynin ən yaxşı inkişaf dövrü: 18 yaş

3. Qeyri-adi adları yadda saxlamağın ən yaxşı vaxtı: 22 yaş

4. İnsanın ən cəlbedici olduğu vaxt: 22 yaş

5. Həyatdan ən yüksək məmnunluğun duyulduğu vaxt: 23 yaş

6. Evliliyə hazır olduğumuz vaxt: 26 yaş

7. Marafon qaçışlarına qatılmaq üçün ən ideal vaxt: 28 yaş

8. Sümüklərin ən güclü olduğu zaman: 30 yaş

9. Şahmat oyunçusunun zirvəyə çatdığı vaxt: 31 yaş

Ən sərfəli kredit üçün müraciət et

10. Yeni simaları tanımağın ən asan olduğu zaman: 32 yaş

11. Nobel mükafatı qazanmaq üçün ən doğru vaxt: 40–cı yaşlar

12. Diqqətini cəmləmə bacarığının zirvəsi: 43 yaş

13. Riyaziyyat biliklərinin zirvəyə çatdığı vaxt: 50 yaş

14. Digər insanların emosiyalarını ən yaxşı başa düşdüyümüz vaxt: 51 yaş

15. Həyatdan ən yüksək məmnuniyyətin yenidən duyulduğu vaxt: 69 yaş

16. Psixoloji xoşbəxtlik və rifaha çatılan vaxt: 82 yaş

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram