Hansı hallarda CV yollamaq düzgündür | Banco.az

Hansı hallarda CV yollamaq düzgündür

Şirkətlər çox vaxt maksimum işləyən və şirkətin resurslarını minimum xərcləyən işçi tələb edir. Buna görə də iş elanlarında bir neçə ixtisası özündə cəmləyən işçi axtarırlar. Bu halda siz düşünməlisiniz və doğru qərar verməlisiniz. Bu cür iş sizə lazımdırmı? Belə məsuliyyəti öz üzərinizə götürə biləcəksinizmi? Və siz tələblərə cavab verirsinizmi? Çox vaxt siz hər hansı bir işin tam sizə görə olduğunu düşünürsünüz və tələblərin çoxusuna cavab verirsiniz. Bəs sizin uyğun gəlmədiyiniz şərtlərin olduğu halda sizin CV yollamağınız doğrudurmu? Bəs bu hallarda siz nə etməlisiniz?

1) Şirkət konkret sahədə müəyyən iş təcrübəsi olan bir işçi axtarır. İş təcrübəsinin müddəti vakansiyada qeyd edilib. Sizinki isə həmin müddətən bir az fərqlənir. Bu halda siz CV yollaya bilərsiniz. Əgər siz bundan əvvəl onların rəqiblik etdiyi şirkətlə işləmisinizsə sizə maraq daha da artacaq. Bu zaman sizin iş təcrübənizin az olduğuna göz yuma bilərlər.

2) Sizin lazım olan qədər təcrübəniz var, amma başqa sahədə. Məsələn, siz baş mühasib vakansiyasına CV yollamısınız, əvvəllər isə uzun müddət kosmetoloq olaraq çalışmısınız. Bu halda sizin CV-nizə baxılacaqmı?

Əslində bu artıq şirkətin tələblərindən aslıdır. Elə şirkətlər var ki, onlara təcrübə hər hansı işdə məsuliyyətli çalışması üçün lazımdı və yaxud işdə hər hansı dəyişikliklərə, yeniliklərə ehtiyac duyulduqda. Bu zaman sizin rezumenizə baxıla bilər.

Ən sərfəli kredit üçün müraciət et

3) Tələb edilən təhsilin olmaması. İşə götürən üçün təkcə sizin əvvəl harda işlədiyiniz deyil, harda oxuduğunuz da vacibdir. Məsələn, əgər siz hər hansı şirkkətdə iddialı bir işdə çalışmaq istəyirsinizsə sizin müvafiq və tələblərə cavab verən təhsiliniz olmalıdır. Amma bir məsələ də var ki, əgər sizin bu sahədə böyük təcrübəniz varsa və sizin başqa şirkətlərlə bu sahədə işləyərkən həmin şirkətə verdiyiniz xeyirlərdən söz açsanız onda bəlkə təhsilinizin olmadığına göz yuma bilərlər. Amma işləyərkən paralel təhsil almağınız tələb olunarsa, təəccüblənməyin.

4) Siz bütün tələblərə cavab verirsiniz. Sizin həm iş təcrübəniz, həm də təhsiliniz var. Amma siz bir proqramla işləyə bilmirsiniz. Əgər siz bu proqramla tez-tez işləmək məcburiyyətində qalmayacaqsınızsa, siz işə götürüldüyünüz zaman paralel olaraq həmin proqramla iş zamanı tanış olub öyrənəcəksiniz. Bu da sizə o qədər də problem yaratmayacaq. Amma bu proqram həm çətin, həm də əsas sizin çalışmağınız üçün gərəklidirsə, siz bir neçə müddətlik hazırlıq görməlisiniz.

5) Sizdən hər hansı xarici dil biliklərinizi tələb edə bilərlər. Məsələn, vakansiyada inglis dilini mükəmməl bilməyiniz tələb olunur. Sizinki isə kafidir. Öz bacarıqlarınızı dəyərləndirin. Çünki işə götürülən zaman işəgötürən adam mütləq bunu yoxlayacaq.