Hackerlər 'Tesla'nın resurslarını hack edərək kriptovalyuta mayninq ediblər | Banco.az

Hackerlər 'Tesla'nın resurslarını hack edərək kriptovalyuta mayninq ediblər

“Tesla” şirkətinin Amazon Web Services bulud servisindəki hesabı hack olunub.

    Lakin hackerlər konfidensial məlumatları oğurlamaq əvəzinə gizli şəkildə kriptovalyuta mayninqi ilə məşğul olmağa qərar veriblər. Hack olunmanı isə “RedLock” şirkəti aşkar edib. Hackerlər bulud servisinə yolu “Tesla”nın Kubernetes adlı servisindəki hesabı vasitəsilə tapıblar. Həmin servisdəki şirkət hesabı isə öz növbəsində şifrə ilə qorunmurdu.

    Şirkət Kubernetes-də Amazon Web Services-a olan giriş və şirkət avtomobilləri haqqında məlumatları saxlayırdı. Hackerlər CloudFlare servisi vasitəsilə mayninq serverlərinin real IP-lərini gizlədiblər. Daha sonra onlar aşağı enerji sərfiyyatı üçün mayninq proqram təminatını tənzimləyiblər və prosesin gizli qalması üçün digər tədbirləri də görüblər. Mütəxəssislər bu barədə şirkətə məlumat veriblər və problem tez bir zamanda aradan qaldırılıb.

Ən sərfəli kredit üçün müraciət et

    “Tesla” bildirib ki, bu hadisə əsnasında istifadəçilərin məlumatları oğurlanmayıb və yalnız şirkət daxilində test edilən avtomobillərin məlumatlarını əhatə edib. Bu boşluğun aşkar edilməsinə görə şirkət “RedLock” mütəxəssislərinə 3133.7$ vəsait ödəyib. Nəticədə hackelərin nə qədər müddətdə və hansı qiymət göstəricisində kriptovalyuta mayninqi ilə məşğul olduqları barəsində şirkət heç bir məlumat verməyib.

Technote.az