Google şirkətində menecerlər necə seçilir? | Banco.az

Google şirkətində menecerlər necə seçilir?

Bir çox şirkətlər daha çox gəlir etmək haqda düşünsələr də bunu necə etmək haqda fikrə sahib deyillər. Bu mövzuda Google xüsusi ilə seçilir. Onlar “Yaxşı işçilər işdən deyil, rəhbərlikdən, menecerlərdən uzaqlaşır” fikri üzərində çoxsaylı araşdırmalar aparıblar. Yəni menecerin işin produktivliyinə təsiri məsələsini araşdırıblar. Bunun üçün hətta 2008-ci ildə “Project Oxygen” adlı layihəyə start veriblər. Beləliklə, şirkət ən çox razılıq edilən, işçilərin sevimlisi olan menecerləri təhlil ediblər və onların ortaq xüsusiyyətlərini ortaya çıxarıblar. Bundan sonra bu xüsusiyyətləri digərlərinə aşılamağa çalışıblar və nəticə gözlənildiyi kimi müsbət olub. Bu mövzuda açıqlama verən Google-un İR nümayəndəsi bu istiqamətdə əsas punktları ortaya çıxardıqlarını bildirib.

Problemləri böyütməmək

Yaxşı menecer “qarışqanı fil etmir”. Yəni hər problemə problem kimi yanaşmır, əksinə buna daha fərqli aspektdən yanaşır. Problemi yeni öyrənmə üsulu kimi qəbul edir. Belə insanlar qazandıqları təcrübəni digər işçilərin maariflənməsi üçün istifadə edirlər.

Mikromenecmentlə məşğul olmurlar

Bir çox işçi mikromenecmentə nifrət edir desək yəqin ki, yanılmarıq. Bunun əksinə işçinizə öhdəlik vermək və onu necə icra edəcəyinə baxmağınız daha yaxşı nəticələri özüylə birlikdə gətirə bilər. Bir çox inkişaf etmiş, hətta inkişaf dedikdə ilk ağla gələn şirkətlərin bir çoxu məhz belə kompaniyalardırlar. Onlar işçilərə vəzifə, iş və ya öhdəlik verir və bu işi həyata keçirib təhvil verməsi üçün vaxt. Gerisi artıq işçinin öz öhdəliyidi. Təbii ki, belə hallarda işçi də anlamalıdır ki, iş onun qovluğudur. İçinə nə qoysa, nəticə etibarilə sonra onun nəticələri ilə qarşılaşacaq.

Ən sərfəli kredit üçün müraciət et

Birlik komanda ruhunu formalaşdırır

Google-un şirkət kimi uğur qazanmasının əsas səbəblərindən biri bəlkə də komanda ruhunun yüksək olmasıyla əlaqədardır. Yəni burda çalışan işçi səhv etməkdən çəkinmir, çünki səhv etdikdə birlikdə problemə həll yolu axtaracaqlarını bilirlər.

Yaxşı menecerlər mütləq öz işçilərini dəyərləndirir

Menecerlərin əsas vəzifəsi idarəetmə olsa da onlar komandanı bir araya toplayan və komandada ümumi harmoniyanı təşkil edən şəxslərdilər. Menecerlər işçinin işində nöqsanı dediyi kimi lazım gəldikdə onun prespektivlərini və komandada nə qədər vacib biri olduğunu da qeyd etməlidir.

Hər kəs rəhbər ola bilməz, amma lider ola bilər

Çalışın insanları ilk öncə müsbət tərəfdən dəyərləndirin. Mənfi tərəflə başlasaz və müsbət tərəfləri gözardı etsəniz, onda əldə olan müsbəti də itirmiş olacaqsınız. Amma əksinə nöqsanları daha yumşaq şəkildə vurğulasanız, gələn dəfə problemin həll olduğunun şahidi ola bilərsiniz.

Nəcibə Yusifova, Banco.az