Google "ölü dillər"ə yenidən həyat verir | Banco.az

Google "ölü dillər"ə yenidən həyat verir

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, bəzi dünya dilləri tarixin sınağından keçə bilməmiş və unudulmağa məhkum olmuşdur. Bu gün belə əksər dillər üçün zamanla tamamilə işləkliyini itirmə riski mövcuddur. Google şirkəti də bu mövzuya diqqət çəkmək və ölü dilləri canlandırmaq üçün yeni tətbiq hazırlayıb.

Şirkət "Google Arts & Culture" tərəfindən hazırlanan və hər hansı bir əşyanın unudulmağa başlamış müəyyən bir dildəki adını və tələffüzünü öyrənməyə xidmət edən açıq mənbəli fotoşəkil tərcüməçisi "Woolaroo" tətbiqini istifadəyə verib. Sözügedən tətbiq gündəlik həyatda rastlaşdığımız əşyaları müəyyən etmək üçün "Google Cloud"un müvafiq funksiyasından istifadə edir.

Xatırladaq ki, National Geographic nəşrində yayımlanan məqalələrdən birinə görə, hər iki həftədə bir dil işləkliyini itirir ki, gələn əsrdə 7000 dilin yarısı bu təhlükə ilə üzləşəcək. Odur ki, sözügedən tətbiq sayəsində istifadəçilər sözləri kəşf edərək canlılığını saxlaya biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

"Woolaroo" tətbiqi hazırda Louisiana Creole, Calabria Yunanca, Māori, Nawat, Tamazight, Siciliya, Yang Zhuang, Rapa Nui, Yiddish və Yugambeh kimi 10 müxtəlif dildən tərcümə həyata keçirə bilir. iOS və Android istifadəçiləri "Google Arts & Culture" vasitəsilə tətbiqdən faydalana bilərlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram