Golem qlobal, açıq mənbəli, mərkəzsiz və hər kəsin əldə edə biləcəyi superkompüter kimi təsvir oluna bilər. Bu superkompüter şəbəkədə olan istifadəçilərin kompüterləriylə təmin etdikləri hesablama gücünü birləşdirərək yaradılıb. Golem istifadəçilərinə kompüterlərin hesablama gücünü ehtiyacı olan digər istifadəçilərə təqdim etmək imkanı yaradır. Bunun sayəsində qarışıq əməliyyatları etmək üçün o qədər də çox cihaza sahib olmağa ehtiyac qalmır.
Texnoloji yenilikləri yaxından izləyənlərin əksəriyyəti “superkompüter” ifadəsinə rast gəlib. Son vaxtlar bir xeyli məşhurlaşan superkompüterlər istifadəçilərə böyük hesablama gücü vəd edir. Bu gücün ortaya qoyduğu nəticələri əksər şirkətin aylarla vaxta yerinə yetirdiyini söyləyə bilərik. Ancaq superkompüter olduqca bahalıdır. Həmçinin, belə bir kompüteri problemsiz idarə edə biləcək bir proqram da hazırlanmayıb.
Golem bu nöqtədə oyuna daxil olur və bir superkompüterin təqdim etdiyi hər şeyi istifadəçilərinə çatdırır. Yalnız seçilmiş şəxslərin əldə edə biləcəyi superkompüter yaradaraq bu cihazı müəyyən şəbəkəyə yerləşdirməyi məqsədəuyğun saymayan Golem qeyri-adi bir idarə həyata keçirib. Hər kəs üçün əlçatan olan açıq mənbəli və mərkəzsiz superkompüter yaradan Golem qeyri-mərkəzsiz düşüncəsinə böyük töhfə verir.
Golem şəbəkəsindən təklif olunan kompüter gücündən istifadə etmək istəyən istifadəçilər GNT tokenləri ilə ödəniş edəcəklər. Digər istifadəçilərə hesablama gücü satan istifadəçilərin təqdim etdiyi xidmətin qiymətini təyin etməyə icazə verir.
Haradan almaq olar?
GNT tokenlərini bir neçə platformadan əldə etmək olar. Ən çox “Bithumb” və “Binance”-da cəmləşib. Həmçinin, “Upbit”, “Huobi” və ya “Bittrex” birjalarından almaq mümkündür.
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.