Əgər gələcəkdə iş dünyasının necə olacağını öyrənmək istəyirsinizsə, LinkedIn sizin üçün bu mövzuda araşdırma aparıb. Peşəkar biznes platforması olan LinkedIn müəssisələrin böyük üstünlük verdiyi və daha çox işçi qəbul etdiyi vakansiyaları, bu vəzifələr üçün lazımi bacarıqları və ortaya çıxan yeni peşələrin siyahısını tərtib edib.
Həmşinin oxu: İşə qəbul üçün ən çox axtarılan 5 bacarıq
Araşdırmalara görə ilk 5 – lik aşağıdakı kimidir:
1. Blockchain mütəxəssisi
Lazımi bacarıqlar: Etibarlılıq, sahə üzrə (blockchain, kripto valyutalar və s.) biliklərə malik olmaq
Harada işləyirlər: IBM, ConsenSys, Chainyard
Sektor: İnformasiya texnologiyası və xidmətləri, kompüter proqramları, internet
Ən çox tələbatın olduğu şəhərlər: San-Fransisko, Nyu York, Atlanta
2. Mexanika mühəndisliyi
Lazımi bacarıqlar: Dərin öyrənmə, mexanika tədrisi, TensorFlow, Apache Spark tətbiqləri
Harada işləyirlər: Apple, Intel, Nvidia
Sektor: İnformasiya texnologiyası və xidmətləri, kompüter proqramları, internet
Ən çox tələbatın olduğu şəhərlər: San-Fransisko, Denver, Ostin (Texas)
3. Proqram satış meneceri
Lazımi bacarıqlar: Proqramlaşdırma (SaaS), bulud tətbiqləri, insan resurslarının idarə edilməsi, təşkilatı planlaşdırma, problem həll etmə
Harada işləyirlər: Oracle, AT&T, Avaya
Sektor: İnformasiya texnologiyası və xidmətləri, kompüter proqramları, telekommunikasiya
Ən çox tələbatın olduğu şəhərlər: Boston, Ostin (Texas), Minneapolis–Saint Paul
4. Mexanika mütəxəssisi
Lazımi bacarıqlar: Mexanika təhsili, dərin öyrənmə, TensorFlow tətbiqi, Python proqramlaşdırma dili, süni intellekt
Harada işləyirlər: Google, Amazon, Apple
Sektor: Kompüter proqramları, internet
Ən çox tələbatın olduğu şəhərlər: San-Fransisko, Nyu York, Madison
5. Peşəkar tibbi nümayəndə
Lazımi bacarıqlar: Tibbi satış, satış bacarığı, məhsul təqdimatı, tibbi cihazlar, tibbi biliklər
Harada işləyirlər: Exact Sciences, Taro Pharmaceuticals, Abbott
Sektor: Biotexnologiya, tibbi preparatlar, xəstəxana və səhiyyə
Ən çox tələbatın olduğu şəhərlər: Çikaqo, San-Fransisko, Dallas
Texniki sahədə tələbatın artması təəccüblü olmasa da, LinkedIn - in Baş İqtisadçısı Guy Berger ən böyük tələbatın isə texnologiyada olmadığını söyləyir. O, səsli ünsiyyət, liderlik və vaxtın idarə edilməsi kimi bacarıqların ən populyar işlərdə axtarılan bacarıqların demək olar ki, yarısını əhatə etdiyini bildirir.
Həmçinin oxu: Süni İntellekt dövrünün işçiləri üçün lazımi 5 xüsusiyyət
Tamara Mustafayeva, Banco.az