Fransanın İqtisadiyyat naziri Bruno Le Maire, Facebook-un kriptovalyuta vahidi Libra-nın hökumətlərin valyuta suverenliyini təhlükəyə atacağını bildirərək, Libra-nın istifadəsinin Avropada qarşısının alınacağını qeyd edib.
Fransanın İqtisadiyyat naziri Bruno Le Maire, Parisdə keçirilən İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) konfransında çıxışında, Facebook-un kriptovalyuta vahidi Libra-nın ölkələrin valyuta suverenliyini riskə atacağını, bu şərtlər altında Libra-nın Avropa torpaqlarında istifadəsinə imkan verməyəcəklərini bildirib.
"Maliyyə axsamalarına səbəb ola bilər"
Le Maire, Libra-nın milyardlarla istifadəçiyə malik olması vəziyyətində sistematik risklər yarada biləcəyini, pul vahidinin fəaliyyətində və ehtiyatların tərkibində meydana gələ biləcək problemlərin əhəmiyyətli maliyyə axsamalarına səbəb ola biləcəyini ifadə edib.
Libra haqqındakı bütün qayğıların ciddi səviyyədə olduğunu və bu səbəbdən Libra-nın Avropada yayılmasına yol verməyəcəklərini qeyd edən Le Maire, pulun özəlləşdirilməsinin pis məqsədlər üçün istifadə ediləcəyini, bu vəziyyətin istehlakçılar və şirkətlər üçün də risk təşkil etdiyini bildirib.
Digər tərəfdən, Fransa Milli Məclisi, iyul ayında, Google, Apple, Facebook, Amazon kimi internet nəhənglərinin ölkədə əldə etdiyi gəlirdən vergi ödəmələrini nəzərdə tutan qanun layihəsini qəbul etmişdi.
Facebook, rəqəmsal pul vahidi Libra-nı 2020-ci ildə istifadəyə verməyi planlaşdırır.
marja