30 ildən çoxdur ki, ölkənin ən köklü kommersiya banklarından biri olaraq fəaliyyət göstərən “Unibank”, eyni zamanda Azərbaycanda ilk dəfə olaraq “mobile-only” (filialsız bank- Leobank) prinsipini tətbiq edən qurumdur.
Bankın yüksək faizli manat istiqrazlarının yaxın günlərdə çoxdandır gözlənilən hərracı Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə baş tutacaqdır.
“Unibank KB”-nin 20 milyon manat həcmində, tədavül müddəti 12 ay (360 gün), nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 11.5%, faiz ödəniş dövrü isə hər 3 aydan (90 gün) bir təşkil edən istiqrazlarının anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Unibank istiqrazlarını əldə etmək istəyən şəxslər qeyd edilən linkə keçərək müraciət edə bilərlər: https://unicapital.az/unibank-istiqrazlari
Nəzərinizə çatdıraq ki, fiziki şəxslər üçün istiqrazlar üzrə əldə edilən faiz gəliri 10% vergidən azaddır və bütün komissiyalar emitent tərəfindən qarşılanır.
Qeyd edək ki, qiymətli kağızların anderrayteri, investisiya və törəmə maliyyə alətləri üzrə çoxşaxəli xidmət göstərən “Unicapital İ.Ş.”, korporativ müştərilərinin bizneslərini genişləndirərək əlavə kapital cəlb etmələri, eyni zamanda mövcud səhm və istiqrazlarını birjaya yerləşdirə bilmələri üçün onlara etibarlı və asan anderraytinq xidməti təklif edir.
BFB-nin ilk, ən uzunmüddətli üzvü və fond bazarının 16 illik peşəkar iştirakçısı olan “Unicapital İnvestisiya Şirkəti” ASC-nin müştəri sayı artıq 700 000-ə çatır.
Məlumat üçün qeyd edək ki, şirkətin Nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsusdur.
Bizi sosial şəbəkələrdən izləyin!!