Finlandiya təhsil sistemini fərqləndirən əsas xüsusiyyətlər | Banco.az

Finlandiya təhsil sistemini fərqləndirən əsas xüsusiyyətlər

Tamara Mustafayeva, Banco.az

Dünya İqtisadi Forumuna görə, Finlandiya təhsil sisteminə qibtə ilə baxılmasına səbəb olan bir sıra amillər mövcuddur.

Şərqi Asiya prinsiplərinə bələd olanların bildiyi kimi, çalışqanlıq, metod vərdişləri və iş etikası kimi məsələlərdə güclü olmaq uğurla birbaşa əlaqəlidir. Çin, Sinqapur və Yaponiya kimi ölkələrin müntəzəm olaraq riyaziyyat və elm sahələrində ilk pillələrdə yer almaları təəccüblü deyil. “Daha çox çalış, daha az yaşa!” Göründüyü kimi sözügedən ölkələr bu prinsipə görə yaşayırlar, ancaq daha sağlam bir üsul tapmaq mümkündürmü?

Yuxarıdakı sualın cavabı məhz Finlandiyadır. İntellektual və təhsil islahatları baxımından olduqca zəngin olan ölkə illər ərzində təhsil sistemində inqilab yaradan bəzi yenilik və dəyişikliklər etmişdir. Bu yeniliklər dünya standartlarına çatmalarına səbəb olmuş, sürətlə Şərqi Asiya ölkələrinə də onları yaxınlaşdırmışdır.

  • Zəif işıqlı otaqlarda robot proqramları ilə dərs keçirlər?
  • Xeyr
  • Hökumət tərəfindən qəbul edilən standartlaşdırılmış testlərdən keçirlər?
  • Əsla

Aşağıda Finlandiyanın təhsil sistemi ilə məşhur olmasının əsas səbəbləri göstərilmişdir:

Standart testlərdən istifadə edilmir

Finlandiyada standart testlər keçirilmir. Tək istisna isə orta məktəbdə sonuncu sinif şagirdlərinin könüllü olaraq iştirak etdikləri Milli Matris İmtahanıdır. Ölkədəki bütün şagirdlər fərdi suallar və müəllimləri tərəfindən hazırlanan bal sistemi ilə qiymətləndirilir. Şagirdlərin ümumi inkişafına isə Təhsil Nazirliyi tərəfindən nəzarət edilir.

Müəllimlərdən hesabat vermək tələb olunmur

Finlandiyada çox vaxt müəllimlərə bal verilməsinə ehtiyac qalmır.

Peşə fəaliyyətinə başlamazdan əvvəl bütün müəllimlərin magistr təhsilini tamamlaması zəruridir. Müəllim öz fəaliyyətini yaxşı icra etmirsə, mövzu ilə bağlı tədbir görmə səlahiyyəti məktəb müdriyyətinə məxsusdur.

Rəqabət əvəzinə birgə fəaliyyət

Ölkələrin çoxu təhsil sistemini yarış kimi dəyərləndirsə də, Finlandiyalılar məsələyə belə yanaşmır.

Maraqlısı isə odur ki, bu yanaşma onları rəqabətin zirvəsinə yerləşdirib. Finlandiya təhsil sistemində ən yaxşı məktəb və ya şagird siyahısı mövcud deyil.

Təməlləri prioritetə çevirmə

Bir çox təhsil sistemləri riyaziyyat və təbiət elmləri üzrə test ballarını artırmaqla məşğul olub xoşbəxt, uyğun və sağlam tələbə mühiti təqdim etməyi geri plana atır.

Ən sərfəli kredit üçün müraciət et

Finlandiyanın tətbiq etdiyi proqram təməllərə geri dönməyə əsaslanır. Yüksək bal toplamaq və ya giriş balını artırmaqla deyil, məktəb və təhsil mühitini daha ədalətli bir yerə çevirməyə cəhd edilir.

1980–ci illərdən bəri Finlandiya təhsil işçiləri aşağıdakı mövzulara əhəmiyyət verir:

  • Təhsil cəmiyyətdəki qeyri-bərabərliyi tarazlaşdırmaq üçün bir vasitə olmalıdır.
  • Bütün şagirdlərə pulsuz yemək verilməlidir.
  • Səhiyyə xidmətləri əlçatan olmalıdır.
  • Psixoloji konsultasiya saatları təşkil edilməlidir.
  • Fərdi rəhbərlik müəyyən edilməlidir.

Kollektiv bərabərlik mühiti hər zaman Finlandiyanın əsas götürdüyü yol olmuşdur.

Məktəbə başlama yaşının artırılması

Finlandiyalıların dəyişdirdiyi kiçik, ancaq mühüm məqamlardan biri məhz budur. Ölkədə məktəbə başlama yaşı 7–dir. Bu prinsip, əslində uşaqlara öz uşaqlıq illərini yaşamaq imkanı verir.

İcbari təhsil müddəti isə 9 ildir. Doqquzuncu sinifdən və ya 16 yaşdan sonra hər şey istəyə bağlıdır.

Dərs saatlarının uyğunluğu

Finlandiyada şagirdlər əsasən saat 09:00 – 9:45 arasında dərslərə başlayır. Araşdırmalar göstərir ki, erkən başlanğıc vaxtları şagirdlərin sağlamlığına və inkişafına mənfi təsir göstərir. Bu ölkədə dərslər bu səbəbdən daha gec başlayır və 14:00 – 14:45 arasında yekunlaşır.

Rahat atmosfer

Finlandiya təhsil sistemində ümumi bir meyl vardır. Daha az stress, daha az sistemli tənzimləmə və daha çox şəffaflıq. Şagirdlər adətən gün ərzində bir neçə saat dərs keçirlər. Gün ərzində əsasən, 15-20 dəqiqə şagirdlərin asudə vaxtlarına, təmiz havada istirahət etmələrinə həsr olunur.

Həmçinin oxu: Nə üçün magistr təhsilini xaricdə başa vurmalıyıq?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram