"Mastercard", "Visa", "Stripe", "Mercado" və "eBay" "Facebook"un kriptovalyuta layihəsi "Libra"nı tərk ediblər. Mühüm tərəfdaşların layihəni tərk etmələri ilə "Libra" zərbə alıb.
"eBay" rəsmisi verdiyi açıqlamasında, "Libra"nın perspektivinə böyük hörmət etməklə yanaşı "eBay"ın ortaq olaraq davam etməməsinə qərar verdik. Hazırda müştərilərimiz üçün "eBay" tərəfindən idarə olunan ödəmə sistemlərini istifadəyə təqdim etməyə yönəlmişik", - deyib.
"Mastercard"ın verdiyi açıqlamada, "Öz mühüm planlarımıza fokuslanmağa davam edəcəyik",- deyilir.
"Visa" tərəfindən verilən açıqlamaya görə, "Visa hazırda "Libra" layihəsində yer almamaq qərarı verdi. Qərarımız "Libra" İttifaqının lazım olan bütün qanuni gözləntiləri tam olaraq yerinə yetirmək qabiliyyəti də daxil olmaqla bir sıra amillə bağlıdır".
Bu şirkətlər ilə bərabər bir müddət əvvəl "PayPal" da "Libra"nı tərk edib.
Marja