Tamara Mustafayeva, Banco.az
Facebook şirkəti bir müddətdir ki, sınaqdan keçirdiyi "Collab" adlı musiqi tətbiqini App Store-da istifadəyə verib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Facebook şirkəti funksiyalarına görə TikTok platformasını xatırladan "Collab" adlı musiqi tətbiqini iOS istifadəçilərinin bəyənisinə təqdim edib. Şirkət, əslində ötən ildən bəri bu yeni funksiyanı sınaqdan keçirirdi. May ayında isə sözügedən funksiyanı sınaqdan keçirməyə başladıqlarını rəsmi olaraq elan etmişdi.
Bu yeni tətbiq sayəsində istifadəçilər üç müxtəlif videonu birləşdirə və musiqili məzmun yarada bilirlər. Hazırlanan videolar Collab tezliyində yayımlanmalıdır. Birləşdirilən videoların sinxronlaşdırılması isə Collab tətbiqinin məxsusi funksiyaları sayəsində həyata keçirilir. Bu videoların müddəti isə 15 dəqiqəyədək ola bilər.
İlkin mərhələdə təkcə App Store üçün aktivləşdirilən bu yeni tətbiqin Android istifadəçilərinə nə zaman təqdim ediləcəyi isə hazırda məlum deyil.
Həmçinin oxu: Instagram-dan istifadəçiləri sevindirəcək növbəti yenilik
Bizi sosial şəbəkələrdən izləyin!!