Expressbank karyera günü keçirdi | Banco.az

Expressbank karyera günü keçirdi

İş həyatımızın keyfiyyətinə birbaşa təsir göstərən, onun ən vacib hissələrindən biridir.

Sevimli sənət, mehriban kollektiv və ədalətli rəhbərlik bizim gündəlik həyatımızı zəngin, müsbət və mənalı edir. Hər iş axtaranın məqsədi belə bir iş yeri tapmaqdır, hər işəgötürənin məqsədi isə loyal, peşəkar, və inkişaf yönümlü işçilər tapmaqdır. Hər iki tərəfi məqsədə çatdıran yollardan biri Karyera Günləridir.

8 sentyabr, şənbə günü, Expressbank səmərəli və dinamik Karyera Günü keçirdi. Bank sahəsində karyera qurmaq istəyənlər bankın İnsan Resursları departamentinin əməkdaşları ilə görüşdülər, anket doldurdular, tanışlıq söhbətləri apardılar.   

Tədbir böyük əks-səda doğurdu – cəmi bir günə banka 300 nəfərə yaxın insan müraciət etdi! Belə görüşlərin effektivliyini təsdiqləyən daha bir fakt odur ki, bir neçə nəfər artıq bankdan iş təklifi alıb, daha bir neçə nəfər isə müxtəlif departamentlərə təkrar müsahibələrə dəvət olunublar.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın İnsan Resursları departamentinin direktoru Məlahət Abdullayevanın sözlərinə görə, belə tədbirlər gələcəkdə müntəzəm olaraq keçiriləcək və bu, istedadlı namizədlərin müəyyən edilməsi, onların bankda inkişaf edib, mütəxəssislərə çevrilməsində böyük rol oynayacaq. Expressbank-ın təklif etdiyi  rəqabət qabiliyyətli əmək haqqı, təlimlər, peşəkar komandada işləmək imkanını nəzərə alaraq, bu sözlər heç bir şübhə doğurmur.

Karyera gününə gələ bilməyən, lakin gələcəyini Expressbank-da görənlər, öz CV-lərini [email protected] ünvanına yollaya bilərlər. Həmçinin gələcəkdə belə tədbirlər və yeni vakansiyalar barədə məlumatlı olmaq üçün, sosial şəbəkələrdə Express Karyera səhifələrinə yazılın:

www.facebook.com/ExpressKaryera/

www.instagram/expresskaryera/