Ethereum ilə bağlı yeni açıqlama - Sayı azaldılacaq | Banco.az

Ethereum ilə bağlı yeni açıqlama - Sayı azaldılacaq

Ethereum-un təsisçisi Vitalik Baterin aprelin 1-də müzakirələrə səbəb olan açıqlama vermişdi.

Baterinin açıqlaması ether tokeni sayına məhdudiyyət gətirməsi yönündə idi. Açıqlama Ethereum topluluğu tərəfindən birmənalı qarşılanmayıb.

Baterin bu narahatlıqlardan xəbərdardır. Buna görə, iqtisadi davamlılığı təmin etmək üçün token sayı 120 milyona çatdıqda yeni ether tokeni çıxarmamaq təklif olunub. Baterinin fikrincə, 2014-cü ildə Etereum token satışlarında satılan 60 milyon ether-in 2 qatı uzunmüddətli sabitlik yaradacaq.

Texniki cəhətdən limit dəyişkənliyi olduqca asandır. Dəstək olsa, növbəti yenilənmədə həyata keçirilə bilər. Bəzi investorlar təklifi qəbul etsə də, digərləri Bitcoin-in 21 milyonluq token limitinə sahib olduğunu əsas gətirərək doğru qarşılamadı. Buna görə də təklif edilən limit tənqid olundu.

Müzakirələr

Müstəqil Ethereum tərtibatçısı Derril Morrisin fikrincə, ether-in investisiya vasitəsi olaraq görünməsi ilk məqsəd olmalıdır. Morris təhlükəsizlik və protokolun ön planda olmasını əsas şərt hesab edir.

Baterinin təklifinə qarşı çıxan tərtibatçı Nik Conson fikirlərini bölüşüb. Sayın məhdudlaşdırılması ether-in qiymətini yüksəldəcəyinə görə, kiçik ether əməliyyatlarını eyni qiymətə reallaşdıran sistem qarışıqlığa səbəb olacaq. Conson bunları əlavə edib:

“Əməliyyat xərcləri ucbatından qazancın təmin olunması investorları kriptovalyutalarını daha çox saxlamağa məcbur edə bilər. Bu da ekosistem üçün passiv bir durumdur. Yetərli istifadəçi olmasa, mərkəzsiz olmaqdan söhbət gedə bilməz”.

Baterini dəstəkləyənlər

Baterinin araşdırmasına görə, deyilən pis ehtimallardan heç biri baş verməyəcək. Toplantıda Baterin əməliyyat xərclərinin ether qiymətlərinin təsirinə məruz qalmadığını, lakin Ethereum platforması üçün tələb olunan miqdara görə təyin olunduğunu qeyd etdi.

Digər tərəfdən, Ethereum kriptovalyuta bazarı üçün uyğun bir giriş təmin etmək məcburiyyətində deyil. Yeni platformalar yeni investorlara aha yaxşı təqdimatlar edə bilər.

Ethereum inflyasiyası hazırda olduqca az olmasına baxmayaraq, Baterin kiçik inflyasiyanın belə böyük şey olduğunu və bazara pis təsir etdiyini bildirib. Limitsiz ethet sayından dolayı Ethereum Blockchain-də yaradılmış tokenlər ETH qiymətindən artıq ola bilər.

Mədənçilərə ödəniləcək əməliyyat haqqları mövzusunda Baterin onlara yeni tokenlər vermək əvəzinə birbaşa əməliyyat ödənişlərini verilməyin tərəfdarıdır. Onun fikrincə, bunu etmək asandır.

Ən sərfəli kredit üçün müraciət et

Baterin fikrini belə yekunlaşdırıb:

“Əgər ether qiyməti inflyasiya səbəbindən enməyə başlayarsa, şəbəkəni qorumaq üçün pul təmin edə bilməyəcək. Hesablamanın çətin olduğunu bilirəm, ancaq sadəcə əməliyyat haqlarının ümumi gəlirləri Blockchain təhlükəsizliyini təmin etməlidir”.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az