Bankların xidmət göstərdiyi digər müştərilərdən bir də hüquqi şəxs yaratmadan fəaliyyət göstərən şəxslər, yəni sahibkarlardır. Sahibkarlar bank hesablarını ölkə daxilində və ölkə xaricinə vəsait göndərə və qəbul edə, əmək haqqı ödənişlərini icra etmək üçün açır.
Bu şəxslər bank hesabı açmaq üçün ilk növbədə banka bir sıra sənədlər təqdim etməlidir. İlk növbədə sahibkar hesabları üçün tələb olan sənədlərə diqqət yetirək. Bu sənədlər də sahibkarın rezident və ya qeyri-rezident olmasından asılı olaraq dəyişir.
-
Ərizə;
-
Fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənəd;
-
Vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;
-
İmza və möhür nümunələri vərəqəsi;
-
FATCA/CRS tələblərinə uyğun özünüqiymətləndirmə anketi.
Banka təqdim edilmiş sənədlər bankın əməkdaşları və hüquqşünasları tərəfindən yoxlandıqdan sonra hesabın açılması üçün qərar qəbul edilir. Bəs banklarda sahibkar hesabı açarkən nə qədər xidmət haqqı tutulur?
Banco.az sizin üçün banklarda sahibkar hesabı açarkən tutulan xidmət haqlarını araşdırdı. Banklar sahibkar hesabları açdıqda tutduğu xidmət haqları ilə cədvəldən tanış ola bilərsiniz.
Həmçinin bax: Sahibkarlar üçün ən sərfəli bank hesabları hansı bankdadır?
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!